Aparıcı hüquqşunas / Hüquq şöbəsi / Normativ hüquqi təminat sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya üzrə öhdəliklər:
• Sektorun səlahiyyətinə daxil olan məsələlər üzrə dövlət orqanı/qurumlarından, hüquqi və ya fiziki şəxslərdən daxil olan, o cümlədən bu istiqamətlərdə Cəmiyyət adından göndərilən hüquqi əsaslı məktub, sorğu və müraciətlərin qanunvericiliklə müəyyən edilmiş müddətlərə riayət etmək şərti ilə yoxlanılmasında və eləcə də bu istiqamətdə zəruri olan digər hərəkətlərin yerinə yetirilməsində iştirak etmək;
• Qanunvericiliyi mütəmadi olaraq izləmək, baş verən aidiyyəti yeniliklər üzrə sektor müdirinə məlumatların təqdim olunmasında iştirak etmək;
• Qanunvericilikdə baş verən yeniliklər və dəyişikliklərə dair qanunvericilik buraxılışlarını hazırlanmaq və sektor müdirinə təqdim olunmasında iştirak etmək;
• Tapşırığa uyğun olaraq Cəmiyyətin fəaliyyəti ilə bağlı olan müxtəlif mövzularda qanunvericiliyin tələblərinə dair arayış və məlumatları hazırlamaq və sektor müdirinə təqdim etmək;
• Cəmiyyətin iş nomenklaturasına daxil edilməsi nəzərdə tutulan sənədlər Siyahısının hazırlanmasında və siyahının təkmilləşdirilməsində iştirak etmək;
• Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədi ilə tərtib edilmiş İMS sənədlərinin və müxtəlif məzmunlu normativ sənədlərin layihələrini hüquqi əsaslı yoxlamaq;
• Şöbəyə aid fəaliyyət əmrlərinin hazırlanması;
• Dövlət orqanı/qurumlarından daxil olmuş normativ hüquqi akt layihələrinə, dəyişikliklərə baxış keçirilməsi, qanunvericiliyin tələbləri və Cəmiyyətin mövqeyi nəzərə alınmaqla, təkliflərin verilməsində, müxtəlif normativ aktların layihələrinin hazırlanmasında iştirak etmək;
• Sektorun fəaliyyəti ilə əlaqədar olaraq statistik və digər hesabatların hazırlanmasında iştirak etmək;
• Sektorun fəaliyyət istiqamətləri üzrə hesabatlılığın təmin edilməsi məqsədi ilə müxtəlif məzmunlu reyestrlərin hazırlanmasında və daimi olaraq yenilənməsində iştirak etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilməli;
• Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləni, Torpaq Məcəlləsini, Əmək Məcəlləsini, “Yerin təki haqqında” AR Qanununu, “Lisenziyalar və icazələr haqqında” AR Qanununu və digər əlaqəli normativ hüquqi aktları bilmək.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (Hüquq ixtisası üzrə);
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar