Aparıcı mütəxəssis / Çovdar filiz emalı sahəsi (Daxili nəzarət)

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
▪ Daxili nəzarət alətlərindən tətbiq etməklə Cəmiyyətin Çovdar filiz emal sahəsində olan daxili nəzarət sisteminin mövcud vəziyyətini təhlil etmək, icraya nəzarət tədbirlərinin, daxili nəzarət sisteminin qiymətləndirməsinin və xidməti araşdırmaların aparılmasında iştirak etmək, müvafiq məlumatların emalı və təhlilini həyata keçirmək, bu istiqamətdə təklifləri hazırlayaraq şöbə müdirinə təqdim etmək;
▪ Çovdar filiz emal sahəsində güclü daxili nəzarəti sisteminin təmin edilməsinə nəzarət etmək və bununla bağlı şöbə müdirinə müvafiq məlumatları və hesabatları vaxtında təqdim etmək, o cümlədən şöbə müdirinin tapşırıqlarını icra etmək;
▪ Çovdar filiz emal sahəsində şöbənin fəaliyyətinə dair mütəmadi hesabatları hazırlamaq;
▪ Çovdar filiz emal sahəsində şöbənin apardığı icraya nəzarət tədbirləri, daxili nəzarət sisteminin qiymətləndirməsi və xidməti araşdırmaların nəticələrinə dair hesabatlar hazırlamaq və bu istiqamətdə bütün lazımi şöbədaxili sənədləşdirməni aparmaq;
▪ Cəmiyyətin sabit və davamlı fəaliyyətini təmin etmək məqsədi ilə Cəmiyyətin Çovdar filiz emal sahəsinin fəaliyyəti üzrə şöbə tərəfindən keçirilən icraya nəzarət tədbirləri, daxili nəzarət sisteminin qiymətləndirməsi və xidməti araşdırmalar çərçivəsində müvafiq riskləri müəyyən etmək və şöbə müdirinə təqdim etmək;
▪ Çovdar filiz emal sahəsində korrupsiya, dələduzluq və ya mənimsəmə xarakterli hallarını, habelə sistem səhvlərinin araşdırılmasında və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək, o cümlədən şöbə müdirinə vaxtında və tam məlumat təqdim etmək;
▪ Daxili nəzarət mexanizmlərinin faktiki icrasının qiymətləndirilməsi üzrə şöbə müdirinin tapşırıqlarını icra etmək;
▪ Çovdar filiz emal sahəsində Cəmiyyətin resursları və ehtiyatlarından istifadənin məqsədəuyğunluğunu, düzgünlüyünü, həmçinin onlardan istifadəyə nəzarətin effektivliyinin qiymətləndirilməsi prosesində iştirak etmək və şöbə müdirinə təkmilləşdirmə üzrə təkliflər təqdim etmək;
▪ Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyələşdirilməsinə və korrupsiyaya qarşı adekvat mübarizə üzrə effektiv tənzimləməni əhatə edən daxili nəzarət sisteminin formalaşdırılması, bu sistemin mütəmadi olaraq təkmilləşdirilməsi və nəzarət prosedurlarının səmərəliliyinin qiymətləndirilməsi prosesində şöbə müdirinin tapşırıqlarını yerinə yetirmək;
▪ Cəmiyyətin Çovdar filiz emal sahəsinin fəaliyyətini əhatə edən müxtəlif funksiya və prosesləri, bu funksiya və proseslərin gedişatı haqqında hazırlanmış hesabatları və bu tipli digər sənədlərin düzgünlüyünün və etibarlılığının yoxlanılması prosesində şöbə müdirinin tapşırıqlarını icra etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
▪ Təşkilatın biznes modelini anlamaq, ağır sənaye və dağ-mədən sektoru üzrə məlumatlı olmaq.
▪ Dil və komputer bilikləri: Azərbaycan dili səlis, Microsoft Office (digər audit və statistik proqramlar arzuolunanadır)
▪ Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, çeviklik səriştəlikləri;

Tələb olunan təhsil və iş təcrübəsi:
▪ İqtisadiyyat, Maliyyə, Hüquq, İdarəetmə və ya Mühəndislik yönümlü ixtisaslar üzrə ali təhsil.
▪ Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.

İş qrafiki:
▪ İş vaxtı gündəlik işin müddəti 12 saatdan çox olmamaqla, iş vaxtının cəmlənmiş uçotu tətbiq edilməklə tənzimlənir. (15 gün ev / 15 gün iş qrafiki)
Digər vakansiyalar