ESG koordinator / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
27.06.2026
Yenilənmə tarixi:
03.07.2026
Vakansiyaya dair tələblər
Vakansiyaya dair tələblər: • Cəmiyyət üzrə ESG (ətraf mühit, sosial məsuliyyət və korporativ idarəetmə) göstəricilərinin aidiyyəti struktur bölmələrdən toplanması, yoxlanılması və mərkəzləşdirilmiş bazada konsolidasiyasının təmin edilməsi. • ESG mövzusunda illik və dövri hesabatlar, daxili arayışlar və rəhbərlik üçün təqdimatlar üçün məlumatların strukturlaşdırılması və hazırlanmasında iştirak etmək. • Yerli və beynəlxalq layihələr üzrə ESG risk və imkanlarının ilkin qiymətləndirilməsi üçün analitik məlumatların hazırlanmasına dəstək vermək. • İnvestorlar, maliyyə institutları və tərəfdaşlar tərəfindən göndərilən ESG sorğu formalarına, reytinq və due diligence tələblərinə cavabların hazırlanmasında aidiyyəti bölmələrdən məlumatların toplanmasını və koordinasiyasını təmin etmək. • ESG ilə bağlı daxili prosedur, siyasət və standartların hazırlanması və yenilənməsi prosesində iştirak etmək, aidiyyəti bölmələrə ESG tələbləri barədə izah və dəstək göstərmək. • ESG göstəriciləri üzrə daxili dashboard və hesabat alətlərinin hazırlanması və mütəmadi yenilənməsində iştirak etmək, zərurət olduqda qısa xülasələr və trend analizləri təqdim etmək. • ESG üzrə qanunvericilik və beynəlxalq tələblərdə baş verən dəyişiklikləri izləmək, şirkətin fəaliyyətinə mümkün təsirləri barədə qısa məlumat və tövsiyələr hazırlamaq.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili (mükəmməl), İngilis (əla) və Rus dilləri (yaxşı), • Microsoft Office və digər proqramlar ESG üzrə beynəlxalq çərçivələr (GRI, SASB, TCFD, CDP, ISSB, CSRD və s.) haqqında biliklər (sertifikatların olması arzuolunandır); • Mədən sektoru üçün aktual olan standart və təşəbbüslər (ICMM prinsipləri, IRMA, Responsible Gold Mining Principles və s.) barədə anlayış, ətraf mühitin mühafizəsi üzrə AR qanunvericiliyi haqqında biliklər; • Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, çeviklik, problem həlletmə bacarıqları, analitik düşünmə.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil ( İqtisadiyyat, Maliyyə, Biznesin idarə edilməsi, Ətraf mühit mühəndisliyi, Ekologiya, Beynəlxalq münasibətlər və/və ya digər uyğun ixtisaslar. ESG, dayanıqlılıq və ya korporativ sosial məsuliyyət üzrə əlavə təhsil və ya sertifikatlar üstünlük hesab olunur). • Müvafiq sahə üzrə 3 il iş təcrübəsi (ESG, dayanıqlılıq, ətraf mühit, ESG hesabatlılığı, istixana qazları emissiyaların hesablanması, GHG protokolu, ESG məlumatların toplanması, təhlili, monitorinqi, maraqlı tərəflərlə iş; və ya SƏTƏM, risklərin idarə edilməsi, korporativ idarəetmə sahəsində. Mədən, metallurgiya, neft-qaz və ya digər ağır sənaye sektorunda təcrübə üstünlükdür).
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.