Mədən sahəsi üzrə növbə nəzarətçisi / Çovdar inteqrəolunmuş regional emal sahəsi / Mərəh sahəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

Əsas vəzifə öhdəlikləri:

• Hasilat sahəsində aparılan işlərin istehsalat planına, texniki göstəricilərə və əməliyyat tələblərinə uyğunluğunu yoxlamaq;
• Mədən sahəsində istifadə olunan texnika, avadanlıq və ölçmə vasitələrinin düzgün istifadəsinə və saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
• Filizə nəzarət texniklərinin sahə və laboratoriya ilə əlaqəli fəaliyyətlərinin düzgün aparılmasını izləmək;
• Filizin itkisinin, qarışmasının və çirklənməsinin qarşısının alınması məqsədilə müəyyən edilmiş nəzarət mexanizmlərinin tətbiqinə nəzarət etmək;
• Növbə ərzində sahədə baş verən texniki və əməliyyat uyğunsuzluqları barədə aidiyyəti şəxsləri məlumatlandırmaq və operativ tədbirlərin görülməsində iştirak etmək;
• Gündəlik fəaliyyət üzrə məlumatların və hesabatların hazırlanmasına dəstək vermək;
• Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və texniki təhlükəsizlik qaydalarına uyğun fəaliyyət göstərmək;
• Rəhbərlik tərəfindən verilən aidiyyəti tapşırıqları vaxtında və keyfiyyətli şəkildə icra etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili – səlis;
• İngilis dili – arzuolunan;
• Rus dili – arzuolunan;
• MS office proqramlarından istifadə bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil (Geologiya, Dağ mədən mühəndisliyi və əlaqəli ixtisaslar)
• Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.

İş qrafiki:

• Növbəli iş rejimi.


Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ
verilir.
• Nəqliyyat xidməti.
Digər vakansiyalar