Sektor müdiri / Maliyyə şöbəsi / Büdcə və planlama sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
13.06.2026
Yenilənmə tarixi:
03.06.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri:
• Təşkilatın gələcək plan və məqsədlərinə, eyni zamanda əvvəlki dövrlərin məlumatlarına əsasən qısa, orta və uzunmüddətli proqnozların hazırlanması • Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsini təmin etmək; • Keçmiş maliyyə məlumatları, bazar tendensiyaları və gələcək biznes planları əsasında maliyyə proqnozlarını hazırlamaq • Cəmiyyətin dövri büdcə hesabatlarının qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasında iştirak • Maliyyə modellərinin hazırlanması və mütəmadi olaraq yenilənməsi • Plan/fakt analizlərin aparılması və fərqlərin araşdırılması • Təsdiq edilmiş büdcəyə uyğunluğunu təmin etmək üçün xərclərin monitorinqi və nəzarəti • Səmərəliliyin və dəqiqliyin artırılması üçün büdcələşdirmə proseslərinə və alətlərinə yeniliklərin təklif edilməsi • Biznesin maliyyə və əməliyyat data bazasını dəvamcıl və daha sürətli etmək üçün müəyyən departamentlərlə birlikdə proseslərin idarə edilməsində iştirak etmək • Rəhbərliyi və xarici qurumları məlumatlandırmaq məqsədilə maliyyə və əməliyyat göstəricilərin təhlilini özündə ehtiva edən təqdimatların hazırlanması.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis dili yaxşı, rus dili isə arzuolunandır; • Microsoft Office proqramlarında və Beynəlxalq Maliyyə Hesabatlılığı Standartları (İFRS) üzrə biliklər. • ACCA (F2-F5; F3-F7) sertifikatları; • Analitik təhlil, problem həlletmə və komanda ilə işləmək bacarığı, idarəetmə, əməkdaşlıq, təşəbbüskarlıq.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya müvafiq sahə üzrə Ali təhsil; • Müvafiq sahə üzrə minimum 5 , idarəetmə təcrübəsi 3 il;
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.