SƏTƏM üzrə mütəxəssis / Qeyri-filiz yataqlarının istismarı idarəsi (SƏTƏM)

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

Vəzifə öhdəlikləri:

• SƏTƏM siyasət və prosedurlarının tətbiqi:
Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq SƏTƏM prosedurlarının gündəlik fəaliyyətlərdə düzgün tətbiqində iştirak etmək və icrasını təmin etmək.
• Audit və təftiş:
Sahədə aparılan audit iştirak etmək və təftişləri icra etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.
• Uyğunsuzluqların idarəolunması:
Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı müvafiq göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.
• Təlim və təlimatlandırma:
Giriş təlimatlarının keçirilməsini təmin etmək, ilkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək və işçilərin biliklərinin yoxlanılması prosesində iştirak etmək.
• Hadisələrin araşdırılması:
Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək.
• Monitorinq və hesabatlılıq:
SƏTƏM göstəricilərinə dair məlumatların toplanmasında iştirak etmək, müvafiq qeydləri aparmaq və hesabatların hazırlanmasını yerinə yetirmək.
• Fövqəladə hallara hazırlıq:
Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək.
• Kommunikasiya və məlumatlandırma:
İşçilər və podratçılar arasında SƏTƏM tələbləri üzrə maarifləndirmə işlərinə dəstək vermək.
• Risklərin müəyyən edilməsi:
İş yerlərində mövcud təhlükələri müəyyən etmək, risklərin qiymətləndirilməsi prosesində iştirak etmək və təhlükələr barədə rəhbərliyə məlumat vermək.
• Podratçılara nəzarətdə iştirak:
Podratçı və təchizatçıların sahədə SƏTƏM tələbləri əsasında işinin təşkilinə nəzarət olunması.
Nəqliyyat və mobil avadanlıqların təhlükəsizliyinə nəzarət: Karxanadaxili hərəkət edən yük avtomobilləri, ekskavatorlar, yükləyicilər və digər mobil texnikaların təhlükəsiz istismarına nəzarət etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;
• Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Əməyin Mühafizəsi haqqında qanun və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;
• MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
• Tətbiq olunan SƏTƏM qaydaları, standartları və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış arzuolunandır;
• SƏTƏM idarəetmə proqram və alətlərindən istifadə bacarığı arzuolunandır.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Əməyin Sağlamlığı və Təhlükəsizliyi, Ətraf Mühitin İdarə Edilməsi, Mühəndislik )
• Minimum 3 illik müvafiq SƏTƏM təcrübəsi

İş qrafiki:

• Gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir
Digər vakansiyalar