Təhlükəsizlik üzrə aparıcı mütəxəssis / Qeyri-filiz yataqlarının istismarı idarəsi (təhlükəsizlik)

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə öhdəlikləri:

• Fəaliyyət istiqamələrinə uyğun olaraq qanunvericiliklə və cəmiyyətdaxili prosedur, təlimat və qaydalarla işlərin icrasını həyata keçirmək;
• Səlahiyyətləri çərçivəsində struktur bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə təsdiq edilmiş iş planlarında və digər bu kimi sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icra edilməsini həyata keçirmək;
• Video müşahidə kameraları vasitəsilə nəzarəti təmin edərək, təhlükəsizlik sistemlərinin düzgün işləməsinə nəzarət etmək;
• Təhlükəsizlik prosedurlarının, təlimatların və digər normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsində iştirak etmək;
• Təhlükəsizlik sahəsi üzrə görülmüş işlər, aparılmış yoxlamalar və həyata keçirilmiş tədbirlər barədə hesabatları hazırlamaq;
• İstehsalat sahələrində təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin yoxlanılması və mütəmadi təftişlərdə iştirak etmək;
• İstehsalat sahələrində təhlükəsizliyin düzgün təşkil olunmasına nəzarət etmək;
• İstehsalat sahələrində işçilərin, kənar şəxslərin və nəqliyyat vasitələrinin giriş-çıxışına, daxili buraxılış rejimi qaydalarına əməl olunmasına nəzarət etmək;
• Sahədə podratçı/subbodratçı şirkətlərin, özəl mühafizə fəaliyyətini həyata keçirən şirkətlərin əməkdaşlarına fəaliyyətlərini prosedur, qayda, təlimat və bağlanmış müqavilələr çərçivəsində qurulmasına nəzarəti həyata keçirmək;
• Təhlükəsizlik fəaliyyəti ilə bağlı hesabatların, təqdimat materiallarının, daxil olan və göndərilən məktubların, xidməti məruzələrin və digər sənədlərin hazırlanmasında iştirak etmək;
• Yeni yaradılan və ya genişləndirilən istehsalat sahələri üzrə təhlükəsizlik tədbirlərinin planlaşdırılması və aidiyyəti tədbirlər planlarının hazırlanmasında iştirak etmək;
• İstehsalat sahələrinə planlı və plandankənar təftişlərdə iştirak etmək;


Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili səlis ; rus dili yaxşı.
• MS Office (Word, Excel, PowerPoint) proqramlarında sərbəst və peşəkar işləmək bacarığı;
• Sənəd dövriyyəsi, xidməti yazışmalar və hesabatların hazırlanması bacarığı,
• Əməkdaşlıq, məsuliyyət, dürüstlük, təşəbbüskarlıq, çeviklik, problem həll etmə, təşkilatı anlama, nəticəyönümlülük bacarıqları;
• Təhlükəsizlik sahəsi üzrə normativ-hüquqi aktlar haqqında biliklər;
• Məlumatların operativ toplanması, təhlili, ümumiləşdirilməsi və təqdim edilməsi bacarığı;
• Səliqəli və sistemli iş vərdişlərinə malik olmaq;
• Komanda ilə işləmək və struktur bölmələrlə effektiv koordinasiya bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil.
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.

İş qrafiki:

• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar