Təhlükəsizlik üzrə baş mütəxəssis / Qeyri-filiz yataqlarının istismarı idarəsi (təhlükəsizlik)
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
27.06.2026
Yenilənmə tarixi:
23.06.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri:
• Fəaliyyət istiqamələrinə uyğun olaraq qanunvericiliklə və cəmiyyətdaxili prosedur, təlimat və qaydalarla işlərin icrasını həyata keçirmək; • Səlahiyyətləri çərçivəsində struktur bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə təsdiq edilmiş iş planlarında və digər bu kimi sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icra edilməsini həyata keçirmək; • Fəaliyyət istiqamətləri üzrə sənəd dövriyyəsinin təşkili, daxil olan və göndərilən xidməti yazışmaların, məktubların və digər sənədlərin hazırlanmasında iştirak etmək; • İstehsalat sahələrində planlı və plandankənar təftişlər həyata keçirmək; • İstehsalat sahələrində təhlükəsizliyin düzgün təşkil olunmasına nəzarət etmək; • İstehsalat sahələrində işçilərin, kənar şəxslərin və nəqliyyat vasitələrinin giriş-çıxışına, daxili buraxılış rejimi qaydalarına əməl olunmasına nəzarət etmək; • Sahədə podratçı/subbodratçı şirkətlərin, özəl mühafizə fəaliyyətini həyata keçirən şirkətlərin əməkdaşlarına fəaliyyətlərini prosedur, qayda, təlimat və bağlanmış müqavilələr çərçivəsində qurulmasına nəzarəti həyata keçirmək; • Aşkar edilmiş nöqsan və uyğunsuzluqların təhlil edilməsi və sənədləşdirilməsini həyata keçirmək; • İstehsalat sahələri üzrə təhlükəsizlik tədbirlərinin planlaşdırılması, tədbirlər planlarının hazırlanması və icrasında iştirak etmək; • Təhlükəsizlik üzrə aylıq, rüblük və illik hesabatların, arayışların və təqdimat materiallarının hazırlanmasında iştirak etmək; • Təhlükəsizlik prosedurlarının, təlimatların və digər normativ sənədlərin hazırlanması və təkmilləşdirilməsində iştirak etmək; • Təhlükəsizlik sahəsi üzrə görülmüş işlər, aparılmış yoxlamalar və həyata keçirilmiş tədbirlər barədə hesabatları hazırlamaq.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis ; rus dili yaxşı. • MS Office (Word, Excel, PowerPoint) proqramlarında sərbəst və peşəkar işləmək bacarığı; • Sənəd dövriyyəsi, xidməti yazışmalar və rəsmi hesabatların hazırlanması üzrə yüksək bacarıq • Əməkdaşlıq, məsuliyyət, dürüstlük, təşəbbüskarlıq, çeviklik, problem həll etmə, planlaşdırma və təşkil etmə,nəticəyönümlülük bacarıqları; • Komanda ilə işləmək və struktur bölmələrlə effektiv koordinasiya bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil. • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.