Mütəxəssis / Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsi / Satınalmalar sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
12.05.2025
Yenilənmə tarixi:
16.05.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Bazarın təhlili, tələb olunan materialların yerli və xarici bazarda araşdırılmasını və təhlilini təşkil etmək; • Tədarükçü bazasının formalaşdırılması və mütəmadi olaraq yenilənməsini təşkil etmək; • “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, satınalmaların keçirilməsi prosesini təşkil etmək; • Satınalmalar üzrə ehtimal olunan qiymətin formalaşdırılması istiqamətində zəruri işlər görmək; • Tələblər əsasında potensial mal, iş və ya xidmət təchizatçılarının araşdırmasını təmin etmək; • Sənəd dövriyyəsinin düzgün və operativ təşkilini həyata keçirmək; • Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dövlət Satınalmalar üzrə müvafiq İcra Hakimiyyəti orqanının göstərişləri, qərarları və təlimatlarının tələblərini. • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük. • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (arzuolunandır) • Microsoft Office və 1C 8.3 proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi: • Müvafiq sahə üzrə ali təhsil. • Təchizat sahəsi üzrə minimum 1 il iş təcrübəsinin olması tələb olunur.
İş qrafiki: • Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.