Vakansiyalar haqqında məlumatı haradan əldə etmək və onlara necə müraciət etmək olar?
Vakansiyalar haqqında məlumat www.azergold.az saytının “Karyera” bölməsində yerləşdirilir. Müraciətlər yalnız elektron formada qəbul olunur. Namizədlər vakansiya yazısı olan hissəni seçməklə ətraflı məlumat ala və müraciət formasını doldura bilərlər.
İşə qəbul prosesi necə aparılır?
Şəffaflığın təmin edilməsi məqsədilə bütün müraciətlər yalnız elektron şəkildə qəbul olunur. Namizədlər bir neçə mərhələdən ibarət işə qəbul prosesində iştirak edirlər. İşə qəbul prosesinin sonunda ən yüksək göstəricisi olan namizəd işlə təmin edilir.
Müsabiqə və müsahibə nəticələri barədə necə məlumat əldə etmək mümkündür?
Müsabiqə və müsahibə nəticələri ilə bağlı növbəti mərhələyə keçən namizədlərin şəxsi kabinetlərinə və ya e-poçt ünvanlarına məlumat göndərilir.
Elektron müraciət prosesində çətinlik çəkən namizədlərə dəstək göstərilirmi?
Bəli. Elektron müraciət zamanı texniki və ya prosedur baxımından çətinlik yaşayan bütün namizədlərə İnsan resurslarının idarə olunması şöbəsi tərəfindən zəruri dəstək göstərilir.
Test və müsahibələr nə üçün keçirilir?
Test və müsahibə mərhələləri namizədlərin peşə bilikləri, məntiqi təfəkkürü, dünyagörüşü və vəzifəyə uyğunluğunu qiymətləndirmək məqsədilə keçirilir. Bu mərhələlərin forması və məzmunu isə vakansiyanın xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.
"AzerGold" QSC-də karyera və peşəkar inkişaf imkanları necədir?
“AzerGold” QSC əməkdaşların daxili rotasiyası, peşəkar inkişafı və uzunmüddətli karyera qurması üçün geniş imkanlar təqdim edir. Əməkdaşlar üçün ixtisasartırma təlimləri və inkişaf proqramları təşkil olunur.
“AzerGold” QSC əməkdaşlarının öyrənmə və inkişafını necə dəstəkləyir?
Cəmiyyət əməkdaşların bilik və bacarıqlarının artırılması məqsədilə onları yerli və beynəlxalq təlimlərə, seminarlara və peşəkar inkişaf proqramlarına cəlb olunmaları üçün müvafiq şərait yaradır.
Eyni anda bir neçə vakansiyaya müraciət edə bilərəm?
Bəli. Namizəd eyni anda bir neçə uyğun vakansiyaya elektron şəkildə müraciət edə bilər.
Vakansiyalara müraciət üçün hansı sənədlər tələb olunur?
Namizədin tərcümeyi-halı (CV) və əlavə olaraq vakansiya üzrə tələb olunan sənədlər (diplom, sertifikat və s.) təqdim edilməlidir.
Hər hansı vakansiya üzrə işə qəbul müsabiqəsindən keçmədiyim halda, gələcəkdə yenidən həmin vakansiyaya müraciət edə bilərəm?
Bəli. Namizəd hər hansı vakansiya üzrə işə qəbul müsabiqəsindən keçmədikdə, eyniadlı vakansiya üzrə 3 ay sonra müraciət edə bilər.
“AzerGold” QSC əməkdaşlarına hansı sosial təminatlar təqdim edir?
“AzerGold” QSC əməkdaşlara nəqliyyat, idman zallarından istifadə, korporativ nömrələr, mental dəstək proqramları, komanda ruhunun gücləndirilməsi tədbirləri, təlimlər və ərazidə çalışan işçilərə qidalanma kimi sosial təminatlar təqdim edir.