bg

Məxfilik Siyasəti

MƏXFİLİK SİYASƏTİ

1. Ümumi müddəalar

Bu Məxfilik Siyasəti (bundan sonra - Siyasət) "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinə (bundan sonra - Cəmiyyət) (ünvan: AZ1010, Azərbaycan Respublikası, Bakı şəhəri, Mikayıl Müşfiq 2H; telefon: +994 12 505 02 02; epoçt: info@azergold.az) məxsus olan və onun tərəfindən idarə olunan https://azergold.az internet informasiya ehtiyatının https://careers.azergold.az veb portalında (bundan sonra - Portal) toplanılan və işlənilən fərdi məlumatlara şamil olunur.

Portaldan istifadə edərək uyğun vakansiyaya müraciət etdiyiniz zaman Siz (bundan sonra - İstifadəçi) "Razıyam" seçimini təsdiqləməklə, bu Siyasətin şərtləri ilə razı olduğunuzu və Portalda təqdim etdiyiniz fərdi məlumatların Cəmiyyət tərəfindən "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci maddəsinə uyğun olaraq toplanılmasına və işlənilməsinə yazılı razılıq verdiyinizi təsdiqləmiş sayılırsınız.

2. Toplanılan fərdi məlumatlar və onların işlənilmə məqsədi Məlumatlar Məqsəd Ad, soyad və ata adı Müraciətləri fərdiləşdirmək üçün Cins İşin spesifik xüsusiyyətlərinə uyğunluğu müəyyən etmək üçün Fotoşəkil Namizəd növbəti mərhələyə dəvət olunduğu zaman, vizual tanınması üçün E-poçt ünvanı Namizədlə əlaqə saxlamaq və bildirişlərin göndərilməsi üçün Doğum tarixi Əmək qanunvericiliyi tələblərinə riayət etmək və statistik hesabat üçün Ailə vəziyyəti Yalnız qanunvericiliklə tələb olunduğu halda işlənir Vətəndaşlıq Qanunvericilikdən irəli gələn öhdəlikləri yerinə yetirmək üçün Faktiki yaşayış ünvanı Vakansiyanın yerləşdiyi əraziyə uyğunluğu müəyyən etmək üçün Mobil və ev telefonu Namizədlə əlaqə saxlamaq üçün Təhsil Təhsil tələblərinə uyğunluğu müəyyən etmək üçün İş təcrübəsi İş təcrübəsi tələblərinə uyğunluğu müəyyən etmək üçün Dil bilikləri Dil tələblərinə uyğunluğu müəyyən etmək üçün Təlimlər Bacarıqların qiymətləndirilməsi üçün CV Vakansiya üzrə uyğunluğu qiymətləndirmək üçün Diplom* Təhsil tələblərinə uyğunluğu müəyyən etmək üçün Şəxsiyyəti təsdiq edən sənəd* Fərdin identifikasiyası üçün Məhkumluq haqqında arayış* İşin spesifik xüsusiyyətlərinə uyğunluğu müəyyən etmək üçün Xarici pasport* Fərdin identifikasiyası üçün Hərbi bilet* İşin spesifik xüsusiyyətlərinə uyğunluğu üçün Sürücülük vəsiqəsi* İşin spesifik xüsusiyyətlərinə uyğunluğu üçün

Qeyd: * işarəsi olan sənədlər yalnız namizəd növbəti mərhələyə keçdikdə tələb olunur.

3. Razılıq və imtina hüququ

İstifadəçi bu Siyasəti qəbul etməklə fərdi məlumatlarının 7-ci bənddə göstərilmiş müddətə toplanılmasına və işlənilməsinə razılıq verir. İstifadəçi istənilən vaxt info@azergold.az ünvanına müraciət etməklə razılığı geri götürə bilər.

4. Məlumatların üçüncü şəxslərə ötürülməsi

Cəmiyyət məlumatları üçüncü şəxslərə ötürmür. İstisnalar:

  • Qanunvericilik tələb etdikdə
  • İstifadəçinin yazılı razılığı olduqda

5. İstifadəçinin hüquqları

Hüquqlar "Fərdi məlumatlar haqqında" Qanunun 7-ci maddəsinə uyğun müəyyən olunur.

6. Məlumatların təhlükəsizliyi

Məlumatlar qorunan server infrastrukturlarında saxlanılır. Şifrələmə və kiberhücumlara qarşı təhlükəsizlik tədbirləri tətbiq edilir.

7. Saxlanma müddəti

Bütün məlumatlar 5 il saxlanılır və müddət bitdikdə arxivləşdirilir.

8. Siyasətə dəyişikliklər

Siyasət vaxtaşırı yenilənə bilər və dəyişikliklər Portalda yerləşdirildikdən sonra qüvvəyə minir.