Proqram çərçivəsində Cəmiyyətin fəaliyyət sahələrinə uyğun ixtisaslar üzrə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə təqaüdlər təqdim olunur.
Təqaüd aşağıdakı məqsədlərlə verilir:
1. Tələbələrin təhsilə və elmi araşdırmaya marağının daha da artırılması, habelə istedadlı tələbələrin potensial bilik və bacarıqlarının real iş yerlərində aşkar edilməsi və onların sosial müdafiəsinə dəstək göstərilməsi;
2. Cəmiyyətin strateji layihələrinin gələcəkdə lazımi kadrlar ilə təmin edilməsi məqsədilə tələbələrin müəyyən edilməsi;
3. İstedadlı və təşəbbüskar tələbələrin qanunvericiliyin tələbləri nəzərə alınmaqla, Cəmiyyətin təcrübə proqramlarında iştirakı üçün şərait yaradılması və nəzəri biliklərinin real təcrübəyə çevrilməsinə köməklik göstərilməsi.
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Cəmiyyətin fəaliyyət istiqamətləri üzrə tələb olunan ixtisaslarda təhsil alan ali təhsil müəssisələrinin tələbələri üçün növbəti “Təqaüd proqramı” müsabiqəsini elan edir.
Müsabiqədə iştirak şərtləri
Müsabiqədə 2026–2027-ci tədris ili üzrə bakalavriat və magistratura səviyyələrinin sonuncu kursunda dağ-mədən mühəndisliyi, geologiya, kimya mühəndisliyi və metallurgiya ixtisasları üzrə əyani təhsil alan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.
Namizədlər aşağıdakı tələblərə cavab verməlidirlər:
• Azərbaycan Respublikasının vətəndaşı olmalıdır;
• Ali təhsil müəssisəsində bakalavriat və ya magistratura səviyyəsi üzrə əyani formada təhsil alan sonuncu kurs tələbəsi olmalıdır;
• Müsabiqəyə müraciət tarixinədək ümumi orta müvəffəqiyyət göstəricisi “C” (71–80 bal) qiymətindən aşağı olmamalıdır;
• Müsabiqədə iştirak etdiyi müddətdə Cəmiyyət ilə rəqabətdə olan digər şirkətlərin təqaüdçüsü olmamalıdır;
• Müsabiqədə iştirak etdiyi müddətdə Cəmiyyət ilə rəqabətdə olan digər şirkətlərdə çalışmamalıdır;
• Müsabiqədə iştirak etdiyi müddətdə Cəmiyyətin törəmə şirkətlərində, habelə podratçı və ya subpodratçı şirkətlərində çalışmamalıdır.
Müsabiqənin keçirilmə qaydası
Müsabiqə iki mərhələdən – test imtahanı və müsahibədən ibarətdir.
Test imtahanının nəticələrinə əsasən ən yüksək bal toplamış 20 namizəd müsahibə mərhələsinə buraxılacaq.
Müsahibə mərhələsində namizədlərin ixtisas bilikləri və peşəkar bacarıqları Təqaüd Komissiyası tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək.
Yekun qiymətləndirmənin nəticələrinə əsasən ən yüksək nəticə göstərmiş 10 tələbə müsabiqənin qalibi elan edilərək Təqaüd proqramına cəlb olunacaq.
Müraciət üçün tələb olunan sənədlər
• Şəxsiyyət vəsiqəsi;
• Tələbə bileti;
• Ümumi orta müvəffəqiyyət göstəricisini təsdiq edən qiymətləndirmə vərəqi.
Müraciət qaydası
Müsabiqədə iştirak etmək üçün müvafiq elektron müraciət forması doldurulmalı və tələb olunan sənədlər müraciətə əlavə edilməlidir.
Müraciət üçün son tarix: 16 sentyabr 2026-cı il.
11.08.2025
28.02.2025
25.10.2024
15.08.2024
12.01.2024
21.08.2023
05.12.2022
23.11.2022
03.10.2022
29.09.2022
04.08.2022
15.07.2022
10.03.2022
23.12.2021
02.12.2021