bg

Təhsil müəssisələri ilə əməkdaşlıq

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti olaraq, insan kapitalının inkişafına verdiyimiz önəm çərçivəsində ölkəmizin aparıcı ali və peşə təhsil müəssisələri ilə fəal əməkdaşlıq həyata keçiririk. Bu əməkdaşlığın əsas məqsədi tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla zənginləşdirmək, onların peşəkar inkişafına dəstək göstərmək və gələcək karyera yollarının formalaşmasına töhfə verməkdir.

Əməkdaşlıq çərçivəsində aşağıdakı istiqamətlərdə fəaliyyətlər həyata keçirilir:

  • İstehsalat və təcrübə proqramları: Tələbələrə real iş mühitində praktiki bacarıqlar qazanmaq və istehsalat sahəsindəki proseslərlə yaxından tanış olmaq üçün şərait yaradılır.
  • Məlumat sessiyaları və təqdimatlar: “AzerGold” QSC mütəxəssisləri tərəfindən təhsil müəssisələrində interaktiv görüşlər keçirilir, tələbələrə istehsalat sahəsindəki yeniliklər, vakansiyalar və karyera yolları haqqında məlumat verilir.
  • Təlim və seminarlar: Peşəkar bacarıqların inkişaf etdirilməsi məqsədilə tələbələr üçün müxtəlif mövzularda təlimlər və seminarlar təşkil olunur.

Bu əməkdaşlıq vasitəsilə tələbələr yalnız nəzəri biliklərini təkmilləşdirməklə kifayətlənmirlər, eyni zamanda əmək bazarının tələbləri ilə yaxından tanış olur, mövcud olan karyera imkanları haqqında real və praktik biliklər əldə edirlər.



Əməkdaşlıq etdiyimiz təhsil müəssəsələri


logo
Bakı Ali Neft Məktəbi
logo
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
logo
Azərbaycan Texnologiya Universiteti
logo
Azərbaycan Memarlıq və İnşaat Universiteti
logo
ADA Universiteti
logo
Bakı Dövlət Universiteti
logo
Azərbaycan Texniki Universiteti
logo
Azərbaycan Dövlət Aqrar Universiteti
logo
Peşə təhsili üzrə Dövlət Agentliyi