Əsas vəzifə öhdəlikləri:

▪ Ölçmə və sınaq avadanlıqlarının metroloji nəzarətini həyata keçirmək;

▪ Avadanlıqların düzgün işləməsi üçün kalibrləmə və yoxlamaların təşkilini etmək;

▪ Standartlara uyğun olmayan ölçmə vasitələrinin istifadəsinin qarşısını almaq;

▪ Müəssisədə istifadə olunan ölçmə cihazlarının dövlət və beynəlxalq metroloji standartlara uyğun olmasını təmin etmək;

▪ Metroloji nəzarətə dair sənədlərin hazırlanması və saxlanmasını təmin etmək;

▪ Kalibrləmə və yoxlama prosedurlarını tərtib etmək və yeniləmək;

▪ Metroloji hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;

▪ ISO 17025, ISO 9001 və digər beynəlxalq keyfiyyət standartlarına uyğun metroloji nəzarətin təşkili;

▪ Yeni metroloji metodların və beynəlxalq tələblərə uyğun avadanlıqların tətbiqinə nəzarət

▪ Müəssisənin metroloji siyasətinin inkişaf etdirilməsində iştirak etmək;

▪ Ölçmə vasitələrinin texniki nasazlıqlarının qarşısını almaq və lazımi tədbirləri görmək; ▪ Metroloji nəzarətlə bağlı risklərin qiymətləndirilməsini aparmaq;

▪ Metroloji xidmət sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;

▪ Metroloji avadanlıqların modernləşdirilməsi ilə bağlı təkliflər vermək;

▪ Yeni ölçmə texnologiyalarını araşdırmaq və tətbiq imkanlarını qiymətləndirmək;

▪ Laboratoriya və istehsalatda istifadə olunan ölçmə cihazlarının innovativ həllərlə inkişafına töhfə vermək.

▪ Qoruyucu klapanların sınaqdan keçirilməsini vaxtında və düzgün şəkildə təşkil  etmək: ▪ Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular və avadanlıqlar üçün texniki təhlükəsizlik sertifikatının alınması vaxtında və düzgün şəkildə təşkil  etmək:

▪ Qurğu və avadanlıqların pasportlarının vaxtında və düzgün şəkildə təşkil  etmək:

▪ Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

▪ Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;

▪ Əməyin təhlükəsizliyi normalarına əməl etmək;

▪ Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;

▪ İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;

▪ Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;

▪ Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Tələb olunan bilik və bacarıqlar:

▪ Müvafiq sahə üzrə qanunvericilik aktları və normalarını;

▪ İdarəemə sistemləri üzrə (İSO 9001/ İSO 14001/ İSO 45001/İSO 17025) və auditin keçirilməsi üzrə (İSO 19011) standartları;

▪ BPKİ şöbəsinin Əsasnaməsini;

▪ “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsini
və strukturunu;

▪ Cəmiyyətin və şöbənin daxili prosedur qaydalarını;

▪ İdarəetmə sistemlərində auditin keçirilməsi təcrübəsi;

▪ Əməyin Təhlükəsizliyi, Ətraf Mühit və Keyfiyyətin İdarəedilməsi Sistemiləri sahəsində əsas tələb və prinsiplərini;

▪ İdarəemə sistemləri və auditi üzrə müvafiq sertifikatlara malik olması.  

▪ Azərbaycan dili - səlis;                                                                                                    

  • İngilis dili - orta;                                                                                                  

  • Rus dili - orta

▪ Office proqramlarından orta səviyyəli  istifadəçi bacarığı tələb olunur

Tələb olunan təhsil:

▪ Ali texniki təhsil (Metroloji mühəndislik, Fizika, Mexanika, Elektronika, Kimya mühəndisliyi və ya əlaqəli sahələr).

Tələb olunan iş təcrübəsi:

▪ Metroloji sahədə minimum 3- il iş təcrübəsi (sınaq laboratoriyaları, kalibrləmə mərkəzləri və ya istehsalat müəssisələri və s. üzrə).

İş qrafiki:
İş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Müraciət et

Oxşar vakansiyalar

Çovdar inteqrəolunmuş regional emal sahəsi

Təmir-tikinti və texniki təminat şöbəsi / ÇİRES-in Energetika bölməsi / Avtomatika üzrə elektrik

19 sentyabr, 2026 Müraciət et arrow right
Çovdar inteqrəolunmuş regional emal sahəsi

Növbə nəzarətçisi/CİL zavodu

18 sentyabr, 2026 Müraciət et arrow right
Çovdar inteqrəolunmuş regional emal sahəsi

CİL zavodu / CİL zavodu sektoru / Flotasiya üzrə Prosess mühəndisi

18 sentyabr, 2026 Müraciət et arrow right