Əsas vəzifə öhdəlikləri:

Bölməyə həvalə edilmiş vəzifələrin təsdiq olunmuş prosedura uyğun olaraq, icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirlərin icrasında iştirak etmək

Təhlükəsizlik, ərtaf mühit və keyfiyyət göstəricilərinə riayət edilməklə geoloji kəşfiyyat və istismar işlərində iştirak etmək

Bütün əlaqədar məlumat və qeydlər üçün elektron baza yaratmaq

Geoloji xəritə hazırlanmasında iştirak və birbaşa rəhbərlik etmək

Aidiyyatı üzrə cihaz və avadanlıqların normalara və ölçülərə uyğunluğunu təmin etmək

Cəmiyyətə aid geoloji-geofiziki və kimyəvi avadanlıqların ( XRD, XRF, mikroskop, kompass və s,) istismarı qaydalarının hazırlanmasında iştirak etmək və iş rejiminin qaydalara uyğun həyata keçirilməsini təşkil etmək

Dağ mədən işləri üzrə filizin gündəlik ortalama tərkib hesabatını aidiyyatı üzrə təqdim etmək

Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasında iştirak etmək

Səlahiyyətləri çərçivəsində müvafiq lahiyə, konstruktor və texnoloji intizama, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normalarına riayət edilməsinə nəzarət etmək

Tələb olunan bilik və bacarıqlar:

Azərbaycan dili- yaxşı

İngilis dili-yaxşı

Rus dili-üstünlükdür

Tələb olunan təhsil:

Geologiya sahəsi üzrə ali təhsil

Tələb olunan iş təcrübəsi:

Müvafiq sahə üzrə 2 il iş təcrübəsi

İş qrafiki:
Növbəli iş qrafiki
Əmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Müraciət et

Oxşar vakansiyalar

Ofis

Risklərin idarəolunması sektoru / Risklər üzrə / Baş mütəxəssis

31 oktyabr, 2026 Müraciət et arrow right
Çovdar inteqrəolunmuş regional emal sahəsi

Təmir-tikinti və texniki təminat şöbəsi / ÇİRES-in Mexanika bölməsi / Tornaçı

02 noyabr, 2026 Müraciət et arrow right
CİL zavodu

CİL zavodu / Cİl zavodu / Sıyırma operatoru

04 noyabr, 2026 Müraciət et arrow right