Əsas vəzifə öhdəlikləri:

·        Geoloji Tədqiqatların Aparılması; Qazma quyuları, sınaq çuxurları, CPT və digər üsullarla sahə tədqiqatları aparmaq; torpaq, qaya və yeraltı su nümunələri toplayaraq laboratoriya analizləri üçün təqdim etmək;

·        Yeraltı şəraiti və sürüşmə, çökmə və ya seysmik aktivlik kimi potensial geoloji təhlükələri müəyyənləşdirmək;

·        Sahə Fəaliyyətlərinə Nəzarət; Tikinti zamanı geotexniki layihəyə uyğunluğu təmin etmək üçün torpaq işlərinə nəzarət etmək; Qazıntı, suyun çəkilməsi (dewatering), bünövrələrin qurulması və yamac sabitliyi işləri üzrə sahə yoxlamaları aparmaq;

·        Məlumatların Təhlili və Şərhi; Laboratoriya nəticələrini və sahə müşahidələrini təhlil etmək və şərh etmək; Geoloji xəritələr, profillər və yeraltı model eskizləri hazırlamaq; mühəndislik layihələndirilməsi üçün torpaq və qaya qatlarının fiziki və mexaniki xüsusiyyətlərini qiymətləndirmək;

·        Layihələndirmə və Planlaşdırmaya Dəstək; Bünövrələr, yamaclar, tunellər, bəndlər və digər infrastrukturların layihələndirilməsinə geotexniki töhfə vermək;

·        Sahə şəraitinə əsaslanaraq torpağın yaxşılaşdırılması metodlarını və ya alternativ layihə həllərini təklif etmək.

·        Risk Qiymətləndirməsinin Aparılması; Torpaq sabitliyi, eroziya, yeraltı su təsiri və seysmik təhlükələr kimi geoloji və geotexniki riskləri qiymətləndirmək; Tikinti və ya istismar zamanı risklərin azaldılması üçün müvafiq strategiyalar hazırlamaq;

·        Texniki Hesabatların Hazırlanması: Tikinti, layihələndirmə və ya normativ məqsədlər üçün faktlara əsaslanan və şərhedici geotexniki hesabatlar hazırlamaq; Tapıntıları layihə komandalarına, müştərilərə və dövlət orqanlarına aydın şəkildə təqdim etmək;

·        Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ETQ); Planlaşdırılan layihələrin torpaq və yeraltı suya təsirini təhlil etmək; Ətraf mühitin qorunması məqsədilə tədbirlər və müdafiə mexanizmləri təklif etmək.

Tələb olunan bilik və bacarıqlar:

·        Dil bilikləri: Azərbaycan dili səlis, İngilis və rus dili biliyinin olması arzuolunandır;

·        MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında, AutoCAD, Surpac və GIS proqram təminatları ilə işləməyi bacarmağı;

Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır;

Tələb olunan səriştəliklər:
  • Əməkdaşlıq
  • Problem həll etmə
  • Məsuliyyət
  • Təşəbbüskarlıq
Tələb olunan təhsil:

Müvafiq sahə üzrə Ali təhsil tələb olunur.

Tələb olunan iş təcrübəsi:

Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur.

İş qrafiki:
Növbəli iş rejimi
Əmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Müraciət et

Oxşar vakansiyalar

Çovdar inteqrəolunmuş regional emal sahəsi

Növbə nəzarətçisi / CİL zavodu

27 noyabr, 2026 Müraciət et arrow right