Bu səhifəni tətbiq daxilindəki brauzerdə (Facebook/Instagram) açmısınız. Müraciət formasının düzgün işləməsi üçün telefonunuzun əsas brauzerində (Safari və ya Chrome) açmağınızı tövsiyə edirik.
Sektorun fəaliyyətini təşkil etmək, sektor əməkdaşları arasında iş bölgüsünün səmərəli təşkilini təmin etmək;
Sektor işçiləri tərəfindən tapşırıqların icrasının keyfiyyətini yoxlamaq və icrasına nəzarət etmək;
Sektorun fəaliyyətinin keyfiyyətinin qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə Şöbə müdirinə təkliflər təqdim etmək;
Şirkətin fəaliyyətini əhatə edən funksiya və proseslər üzrə preventiv təhlillərin və korrupsiya ilə əlaqədar hüquqpozmalar üzrə araşdırmaların aparılmasını təşkil etmək, nəticələrini yoxlamaq, daxili nəzarət mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq və Şöbə müdirinə təqdim etmək;
Korrupsiya xarakterli hallara, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəni əhatə edən daxili nəzarət sisteminin qorunub saxlanılması və təkmilləşdirilməsi üzrə tədbirləri təşkil etmək;
Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatvermə sisteminin idarə edilməsini, daxil olmuş məlumatların səlahiyyətlər çərçivəsində baxılmasını və araşdırılmasını, habelə maraqlar toqquşması və korrupsiyanın qarşısının alınması məsələləri üzrə konfidensial məsləhətin verilməsini təşkil etmək;
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq effektiv mexanizmlərin əks olunduğu aidiyyəti daxili normativ sənədlərin hazırlanmasını və təkmilləşdirilməsini təşkil etmək;
Güclü daxili nəzarət mühitinin işləkliyinin təmin edilməsi və davamlı olaraq inkişaf etdirilməsi üzrə Şöbə müdirinə təkliflər təqdim etmək;
Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq yerli və beynəlxalq qabaqcıl təcrübəni təhlil etmək və uyğun yeniliklərin tətbiqi məqsədilə Şöbə müdirinə təkliflər vermək;
Sektorun fəaliyyətinə dair hesabatların hazırlanmasını təmin etmək, hesabatları yoxlamaq və Şöbə müdirinə təqdim etmək.
Azərbaycan dili (səlis), ingilis və rus dilləri (yaxşı).
Microsoft Office, digər audit və statistik proqramlar.
ISO 37001:2025 Rüşvətxorluğa qarşı idarəetmə sisteminin tələbləri.
Müxtəlif peşə kvalifikasiyalarına (Certified Internal Auditor (CIA), Certified Fraud Examiner (CFE) və s.) malik olmaq arzuolunandır.
Şirkətin biznes modelini, ağır sənaye və dağ-mədən sahəsinin xüsusiyyətlərini bilməlidir.
Ali təhsil :İqtisadiyyat, Hüquq və ya İdarəetmə yönümlü ixtisaslar üzrə
Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
İdarəetmə sahəsi üzrə ən azı 2 il iş təcrübəsi
Ümumilikdə ən azı 5 il iş təcrübəsi tələb olunur.
| Çovdar inteqrəolunmuş regional emal sahəsi |
Növbə nəzarətçisi/CİL zavodu |
16 oktyabr, 2026 |
Müraciət et
|
| Çovdar inteqrəolunmuş regional emal sahəsi |
Təmir-tikinti və texniki təminat şöbəsi / ÇİRES-in Mexanika bölməsi / Tornaçı |
14 oktyabr, 2026 |
Müraciət et
|
| Baş ofis |
İnsan resurslarının idarəolunması şöbəsi / İnsan resursları üzrə biznes tərəfdaşlığı sektoru / Baş mütəxəssis |
16 oktyabr, 2026 |
Müraciət et
|