Əsas vəzifə öhdəlikləri:
  • Mürəkkəb qoşma sxemli güc və işıqlandırma qurğularına texniki xidmət göstərilməsi;

  • Rele mühafizəsi sxemlərinin (maksimal cərəyan, differensial və s.) sökülməsi və quraşdırılmasında iştirak edilməsi;

  • İdarə və transformator yarımstansiyalarında nəzarət-ölçü cihazlarının və ölçü transformatorlarının dəyişdirilməsi işlərində iştirak edilməsi;

  • Elektrik avadanlıqları, texnoloji avadanlıqlar və avtomatik tənzimləmə sistemlərinə xidmət göstərilməsi;

  • Yarımstansiyaların elektrik avadanlıqları, avtomatika və telemexanika qurğularının yoxlanılması və aşkar edilmiş nasazlıqların aradan qaldırılması;

  • Elektron idarəetmə sxemli qaynaq avadanlıqlarına və yüksək tezlikli generatorlara xidmət göstərilməsi;

  • Elektromaqnit idarəetmə sistemli aqreqat və dəzgahların elektrik avadanlıqlarının istismarında iştirak edilməsi;

  • Elektrik şəbəkəsi və avadanlıqlar üzrə xidmət işlərinin təhlükəsizlik qaydalarına uyğun icra edilməsi;

  • Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikinə uyğun işlərin icrasında iştirak edilməsi;

  • Aşkarlanmış nasazlıqlar və görülən işlər barədə elektrik mühəndisinə məlumat verilməsi.

Tələb olunan bilik və bacarıqlar:
  • Azərbaycan dili səlis, İngilis və Rus dili biliyinin olması arzuolunandır;

  • Müvafiq sahə üzrə uyğun sertifikatın olması arzuolunandır.

Tələb olunan təhsil:
  • Orta ixtisas və ya peşə təhsili.

Tələb olunan iş təcrübəsi:
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.

İş qrafiki:
Növbəli iş qrafiki.
Əmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Müraciət et

Oxşar vakansiyalar