Əsas vəzifə öhdəlikləri:
  • Şirkətin fəaliyyətinin qanunvericiliyin tələblərinə uyğun təşkil olunmasını hüquqi cəhətdən təmini

  • Müqavilələrin, əlavə sazişlərin, memorandumların, protokolların və digər hüquqi sənədlərin hazırlanmasında iştirak edir, hüquqi ekspertizasının təşkili

  • Qeyri-filiz yataqlarının işlənməsi, hasilatı, emalı, daşınması və satışı ilə bağlı hüquqi məsələlər üzrə rəy və təkliflər hazırlamaq.

  • Yer təkinin istifadəsi hüquqları, lisenziyalar, icazələr, torpaq sahələrinin ayrılması və istifadəsi ilə bağlı sənədlərin hüquqi təhlilinin aparılmasi.

  • Dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə şirkətin fəaliyyət istiqaməti çərçivəsində Cəmiyyəti hüquqin maraqlarını müdafiə etmək.

  • Məhkəmələrdə, arbitraj və mediasiya proseslərində şirkətin fəaliyyət istiqaməti çərçivəsində Cəmiyyəti təmsil etmək.

  • İddia ərizələrinin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin hazırlanması.

  • Şirkətdaxili əmrlərin, sərəncamların, qaydaların, əsasnamələrin və digər sənədlərin hüquqi ekspertizasını həyata keçirmək.

  • Şirkətin fəaliyyət istiqamətləri üzrə Cəmiyyət tərəfindən bağlanılması nəzərdə tutulan müqavilələri hazırlamaq və kontragentlər tərəfindən təqdim olunmuş müqavilələrə baxış keçirmək.

  • Subpodratçılar, təchizatçılar və digər tərəfdaşlarla bağlanan müqavilələr üzrə hüquqi riskləri qiymətləndirmək.

  • Müqavilə öhdəliklərinin icrasına nəzarət edilməsində iştirak edir və hüquqi risklər barədə Şirkətin rəhbərliyini və aidiyyəti struktur bölmələri məlumatlandırmaq.

  • Korporativ idarəetmə, komplayens, məxfilik, məlumatların qorunması və antikorrupsiya tələblərinə əməl olunmasına dəstək vermək.

  • Hüquqi xarakterli sorğulara, məktublara və müraciətlərə cavab layihələri hazırlamaq.

  • Qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və onların şirkətin fəaliyyətinə təsiri barədə rəhbərliyə məlumat vermək.

  • Hüquqi sənədlərin uçotunu və arxivləşdirilməsini təşkil etmək.

Tələb olunan bilik və bacarıqlar:
  • Azərbaycan dilini səlis, İngilis dilini yaxşı səviyyədə bilməli;

  • Azərbaycan Respublikasının Konstitusiyasını, Mülki Məcəlləni, Torpaq Məcəlləsini, Şəhərsalma və Tikinti Məcəlləsini, Vergi Məcəlləsini, Əmək Məcəlləsini, "Yerin təki haqqında" Qanunu, "Lisenziyalar və icazələr haqqında" Qanunu, ekologiya və ƏMTQ sahəsi üzrə qanunvericiliyi digər normativ hüquqi aktları bilmək, inzibati icraat və məhkəmə icraatı üzrə biliyə malik olmaq

Tələb olunan təhsil:
  • Ali təhsil (Hüquq ixtisası üzrə)

Tələb olunan iş təcrübəsi:
  • Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi

İş qrafiki:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Müraciət et

Oxşar vakansiyalar

Çovdar inteqrəolunmuş regional emal sahəsi

Təmir-tikinti və texniki təminat şöbəsi / ÇİRES-in Energetika bölməsi / Avtomatika üzrə elektrik

19 sentyabr, 2026 Müraciət et arrow right
Çovdar inteqrəolunmuş regional emal sahəsi

CİL zavodu / CİL zavodu sektoru / Flotasiya üzrə Prosess mühəndisi

18 sentyabr, 2026 Müraciət et arrow right
Ofis

Biznes Proseslərin Keyfiyyətinin İdarəedilməsi şöbəsi / Metrologiya sektoru / Mühəndis metroloq

22 sentyabr, 2026 Müraciət et arrow right