Bu səhifəni tətbiq daxilindəki brauzerdə (Facebook/Instagram) açmısınız. Müraciət formasının düzgün işləməsi üçün telefonunuzun əsas brauzerində (Safari və ya Chrome) açmağınızı tövsiyə edirik.
Əsas vəzifə öhdəlikləri:
• Cəmiyyətin korporativ məlumat ötürmə şəbəkəsinin (LAN, WAN, WLAN) və əlaqəli şəbəkə infrastrukturunun fasiləsiz, dayanıqlı və təhlükəsiz fəaliyyətinin təmin edilməsi;
• Şəbəkə avadanlıqlarının (marşrutlaşdırıcı, kommutator, firewall, Wi-Fi kontroller və giriş nöqtələri) quraşdırılması, konfiqurasiyası, yenilənməsi və texniki sazlığının təmin edilməsi;
• Şəbəkə arxitekturasının layihələndirilməsi, seqmentasiya (VLAN), IP ünvanlama planının hazırlanması və marşrutlaşdırma siyasətlərinin idarə olunması;
• Obyektlər arasında WAN kanallarının, VPN bağlantılarının və ehtiyat rabitə xətlərinin konfiqurasiyası, monitorinqi və dayanıqlılığının təmin edilməsi;
• Şəbəkə təhlükəsizliyi mexanizmlərinin — firewall qaydaları, giriş nəzarəti siyahıları (ACL), NAT, IDS/IPS və məzmun filtrasiyası — tətbiqi və idarə olunması;
• Korporativ (İT) və istehsalat (OT/IACS) şəbəkə seqmentləri arasında təhlükəsiz ayrılmanın və yalnız təsdiqlənmiş trafik axınlarının tətbiqinin təmin edilməsi;
• Şəbəkənin davamlı monitorinqi, kanalların yüklənməsinin təhlili, nasazlıqların operativ aşkarlanması, diaqnostikası və aradan qaldırılması;
• Şəbəkə avadanlıqlarının konfiqurasiyalarının müntəzəm ehtiyat nüsxələnməsi, versiya nəzarəti və fövqəladə hallarda operativ bərpasının təmin edilməsi;
• Strukturlaşdırılmış kabel sisteminin (SCS), optik xətlərin və kommutasiya şkaflarının vəziyyətinə nəzarət, markalanma və sənədləşmənin aparılması;
• İstifadəçilərin və qurğuların şəbəkəyə qoşulması üzrə autentifikasiya mexanizmlərinin (802.1X, RADIUS, NAC) və qonaq şəbəkəsinin idarə olunması;
• Şəbəkə avadanlıqları üzrə inzibati hesabların, giriş hüquqlarının və konfiqurasiya dəyişikliklərinin korporativ standartlara uyğun idarə olunması, audit izlərinin saxlanılması;
• Mövcud şəbəkə infrastrukturunun təkmilləşdirilməsi, tutumun planlaşdırılması, yeni texnoloji həllərin araşdırılması və tətbiqi ilə bağlı təkliflər hazırlamaq;
• Şəbəkə topologiyası sxemlərinin, texniki sənədləşmənin, təlimatların və istismar sənədlərinin hazırlanması və yenilənməsini təmin etmək;
• İnternet və rabitə provayderləri, təchizatçılar və xidmət təminatçıları ilə texniki koordinasiyanı həyata keçirmək, xidmət səviyyəsi göstəricilərinə (SLA) nəzarət etmək;
• Şəbəkə ilə bağlı insidentlərin idarə olunması, xidmətlərin operativ bərpası və təkrarlanmanın qarşısının alınması üzrə tədbirlər görmək; sektor daxilində işlərin koordinasiyasını həyata keçirmək və əməkdaşlara metodiki dəstək göstərmək;
• Hesabat, texniki arayış, rəy və digər xidməti sənədlərin hazırlanmasında iştirak etmək.
• Dil bilikləri: Azərbaycan dili səlis, Rus dili və İngilis dili arzuolunandır;
• Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
• Kompüter bilikləri:
• Şəbəkə protokolları və texnologiyaları üzrə dərin bilik: TCP/IP, IPv4/IPv6, VLAN, STP, EtherChannel/LACP, QoS və multicast;
• Marşrutlaşdırma protokolları (OSPF, BGP, statik marşrutlaşdırma) və L2/L3 kommutasiya üzrə konfiqurasiya və nasazlıqların aradan qaldırılması təcrübəsi;
• Korporativ səviyyəli şəbəkə avadanlıqları (Fortinet, Cisco, HPE/Aruba, Huawei, MikroTik və digər analoji istehsalçılar) üzrə quraşdırma, konfiqurasiya və idarəetmə bacarığı;
• Firewall və NGFW platformaları (Fortinet, Palo Alto, Check Point və digər analoji həllər) üzrə təhlükəsizlik siyasətlərinin qurulması, NAT, VPN (IPSec, SSL) və seqmentasiya təcrübəsi;
• Simsiz şəbəkə həlləri: Wi-Fi kontrollerlər, giriş nöqtələri, əhatə dairəsinin planlaşdırılması və optimallaşdırılması üzrə bilik və praktiki təcrübə;
• Şəbəkəyə giriş nəzarəti mexanizmləri: 802.1X, RADIUS/TACACS+, NAC həlləri və sertifikat əsaslı autentifikasiya;
• Şəbəkə xidmətlərinin (DNS, DHCP, NTP, proxy) idarə olunması və Active Directory mühiti ilə inteqrasiyası üzrə biliklər;
• Monitorinq və idarəetmə alətləri (Zabbix, PRTG, ManageEngine OpManager, NetFlow/sFlow təhlili, SNMP, syslog) vasitəsilə şəbəkənin izlənilməsi, konfiqurasiyaların edilməsi və təhlili bacarığı;
• Strukturlaşdırılmış kabel sistemləri, optik xətlər, patç-panellər və kommutasiya şkaflarının quruluşu üzrə biliklər; şəbəkə ölçmə və diaqnostika alətlərindən istifadə bacarığı;
• Sənaye şəbəkələri və OT/İT seqmentasiyası (Purdue modeli, sənaye protokolları üzrə ümumi anlayış) barədə biliklər arzuolunandır;
• Windows Server və Linux əməliyyat sistemləri üzrə baza səviyyəsində biliklər; texniki sənədlərlə, şəbəkə topologiyası sxemləri ilə və inzibati hesabatlarla işləmək bacarığı;
• Şəbəkə üzrə peşəkar sertifikatların (CCNA/CCNP, NSE, JNCIA və ya analoji) olması arzuolunandır.
• Ali təhsil (İT üzrə olması arzuolunandır)
• Müvafiq sahə üzrə 3 il iş təcrübəsi.
| Baş ofis |
Mədən geoloqu/ Dağ-mədən və emal sahələrinin idarəedilməsi şöbəsi |
01 oktyabr, 2026 |
Müraciət et
|