•İstifadəçilər tərəfindən sektora daxil olmuş sorğular əsasında istifadəçilərə və isitifadəçi avadanlıqlarına zəruri texniki dəstək xidməti göstərmək və profilaktik tədbirlər görmək;
• Cəmiyyətdə istifadə olunan şəbəkə və texniki periferiya avadanlıqlarına texniki xidmət göstərilməsini, profilaktik tədbirlər həyata keçirilməsini, zərurət olduqda, onların texniki hissələrinin təmir edilməsini və ya dəyişirdirilməsini təmin etmək məqsədilə tədbirlər görülməsində iştirak etmək;
• Korporativ lokal şəbəkəsinin təhlükəsiz fəaliyyətinə nəzarət edilməsində iştirak etmək;
• İstismar olunan kompüter avadanlıqlarına texniki baxış keçirilməsində, təmir və yeniləmə təkliflərin irəli sürülməsində iştirak etmək;
• Mərkəzləşdirilmiş internet və şəbəkənin, ofis cihazlarının (printer, skaner, surət çoxaldan, faks, telefon) quraşdırılmasını təşkil etmək, onları quraşdıran şirkətlərlə müqavilələr bağlandıqda şərtlərin müəyyən edilməsində iştirak etmək, onların iş fəaliyyətinə nəzarət etmək və qüsurlar aşkar etdikdə aidiyyəti üzrə aradan qaldırılmasını təşkil edilməsində iştirak etmək;
• Mövcud informasiya sistemlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsində iştirak etmək;
• İnformasiya təhlükəsizliyi üçün lazımi tədbirlərin həyata keçirilməsində iştirak etmək;
• Korporativ lokal şəbəkəsinin təhlükəsiz fəaliyyətinə nəzarət edilməsində iştirak etmək.
•Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (arzuolunan);
•Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları.
Kompüter bilikləri:
• Windows Server ƏS üzrə baza, client tipli ƏS üzrə isə administrator səviyyəsində biliklər;
• MacOs ƏS üzrə peşəkar biliklər;
• PC, noutbukların təmiri üzrə (hardware) biliklər;
• CCNA, Servicedesk proqram təminatı (Manage Engine, Solarwinds, OTRS) üzrə nəzəri biliklər arzuolunandır.
• “HikCentral”, “iVMS” və s. kamera proqram təminatı üzrə nəzəri biliklər.
• Ali təhsil (İT üzrə aidiyyatı bakalavr təhsili arzuolunandır)
• Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi.