Bu səhifəni tətbiq daxilindəki brauzerdə (Facebook/Instagram) açmısınız. Müraciət formasının düzgün işləməsi üçün telefonunuzun əsas brauzerində (Safari və ya Chrome) açmağınızı tövsiyə edirik.
Biznes funksiyalarının səmərəliliyinin artırılması məqsədilə vəzifələrin və təşkilati strukturun layihələndirilməsi üzrə funksiya rəhbərləri ilə əməkdaşlıq etmək;
Struktur bölmələr üzrə işçi qüvvəsinə tələbatın müəyyənləşdirilməsi, namizədlərin seçilməsi və işə qəbul planının icrasını təşkil etmək;
Struktur bölmələr üzrə mövcud vakansiyalarla bağlı elanların hazırlanmasını və müvafiq kanallarda yerləşdirilməsini təmin etmək;
Müxtəlif mənbələrdən uyğun namizədlərin axtarışını həyata keçirmək və vakansiyalar üzrə namizəd bazasının formalaşdırılmasını təmin etmək;
Uyğun namizədlərin müəyyənləşdirilməsi məqsədilə daxil olan müraciət və CV-lərin ilkin baxışını həyata keçirmək, namizədlərin vəzifə tələblərinə uyğunluğunu qiymətləndirmək və müsahibələrdə iştirak etmək;
Hasilat sahələri üzrə vakansiyalar çərçivəsində namizədlərin imtahan, peşə sınağı və müsahibə mərhələlərinin təşkilini və keçirilməsini təmin etmək;
İşə qəbul prosesinin müvafiq mərhələlərinin vaxtında və müəyyən edilmiş prosedurlara uyğun həyata keçirilməsini təmin etmək;
İşə qəbul prosesi ilə bağlı daxili prosedur, qayda, təlimat, forma və digər sənədlərin hazırlanmasında və təkmilləşdirilməsində iştirak etmək;
Yeni işçilərin adaptasiya prosesinin təşkilini və koordinasiyasını təmin etmək;
Yeni işçilərin iş mühitinə, təşkilati mədəniyyətə və vəzifə öhdəliklərinə uyğunlaşması məqsədilə aidiyyəti struktur bölmələr və birbaşa rəhbərlərlə əməkdaşlıq etmək;
Adaptasiya prosesi çərçivəsində nəzərdə tutulmuş tədbirlərin, tapşırıqların və qiymətləndirmələrin müəyyən edilmiş müddətlərdə həyata keçirilməsinə nəzarət etmək;
Yeni işçilərin sınaq müddəti və adaptasiya dövrü üzrə qiymətləndirilməsinin təşkilini, aidiyyəti rəhbərlərdən müvafiq rəy və qiymətləndirmələrin əldə edilməsini təmin etmək;
Adaptasiya prosesinin nəticələrini izləmək və təhlil etmək, aşkar edilmiş ehtiyac və çətinliklərin aradan qaldırılması məqsədilə aidiyyəti tərəflərlə müvafiq tədbirlərin görülməsini təmin etmək;
Adaptasiya prosesinin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq, müvafiq sənəd və formaların hazırlanmasında və yenilənməsində iştirak etmək;
Əmək münasibətlərinə xitam verilən işçilərlə son müsahibələrin (exit interview) keçirilməsini təmin etmək, əldə edilmiş məlumatları təhlil etmək və zərurət olduqda müvafiq təkliflər hazırlamaq;
Sektorun fəaliyyət istiqamətləri üzrə müvafiq hesabatların hazırlanmasını təmin etmək;
Daxil olan vətəndaş müraciətlərinin araşdırılmasını və müvafiq cavabların hazırlanmasını təmin etmək;
Hasilat sahələrində və aparatda keçirilən vətəndaş görüşlərində iştirak etmək;
Əməkdaşlıq, məsuliyyət, problemhəlletmə, təşəbbüskarlıq
Azərbaycan, İngilis və rus dilləri səlis;
MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında, işləmə bacarığı
Ali təhsil (İnsan resurslarının idarə edilməsi, menecment, biznesin idarə edilməsi, iqtisadiyyat, psixologiya və ya digər oxşar ixtisaslar üzrə).
Müvafiq sahə üzrə 5 il iş təcrübəsi
Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
Nəqliyyat xidməti.
Rəqabətli mükafatlandırma sistemi.
| Çovdar inteqrəolunmuş regional emal sahəsi |
Növbə nəzarətçisi/CİL zavodu |
16 oktyabr, 2026 |
Müraciət et
|