Əsas vəzifə öhdəlikləri:
  • AİH, Mərkəzi Bank və digər qurumlara aylıq, rüblük  və illik hesabatlarının hazırlanması; Şirkətdaxili  hesabat və sorğuların vaxtında cavablandırılması;

  • Xarici və daxili auditorla bağlı sorğuların cavablandırılması, Maliyyə məlumatlarının təhlil edilməsi və nəticələrin araşdırılması;

  • Daxili hesabat və mühasibatlıq sisteminin inkişafına töhfə vermək və prosesin davamlı olaraq təkmilləşdirilməsinə dəstək olmaq;

  • Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkil olunmasında iştirak etmək;

  • Səlahiyyətləri çərçivəsində müvafiq birjalar üzrə effektiv ticarət strategiyalarının həyata keçirilməsində iştirak etmək;      

  • Maliyyə bazarlarındakı dəyişikliklərlə bağlı müvafiq təhlillər aparmaq;·       

  • İnvestisiya əməliyyatları ilə bağlı aidiyyəti üzrə təkliflər verilməsində iştirak etmək;   

  • Maliyyə bazarlarında mövcud olan yeni investisiya imkanlarını mütəmadi əsasda izləmək;

  • Müvafiq Birja əməliyyatlarının aparılmasında və ticarət sonrası hesablaşmalara nəzarət edilməsində iştirak etmək;      

  • Cəmiyyət üçün kağızlar, pul, səhm və əmtəə bazarlarının araşdırılması, təhlili və aidiyyəti üzrə təkliflərin verilməsi;   

  •  Cəmiyyətin fəaliyyəti ilə bağlı müvafiq arxivləşmə işlərini təmin etmək;

Tələb olunan bilik və bacarıqlar:
  • Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır;

  • Microsoft Office proqramları üzrə biliklər;

  • ERP sistemində işləmək bacarığı;

  • ACCA F3, F7 və Beynəlxalq Maliyyə Hesabatlılığı standartları üzrə biliklər;

Tələb olunan təhsil:
  • Ali (İqtisadiyyat, Maliyyə, Mühasibatlıq)

Tələb olunan iş təcrübəsi:
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi

İş qrafiki:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün
Əmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Müraciət et

Oxşar vakansiyalar