Əsas vəzifə öhdəlikləri:
  • Təqdim edilən sifarişlərə əsasən, avtonəqliyyat vasitəsinin fasiləsiz, qəzasız, yüksək səmərəli işini, düzgün texniki istismarını həyata keçirmək;

  • Avtonəqliyyat vasitəsinin təmir və profilaktik işlərinin aparılması ilə bilavasitə məşğul olmaq;

  • Avtonəqliyyat vasitəsinin cari və profilaktik təmirinin, istismar şərtləri ilə nəzərdə tutulmuş texniki baxışlarının keçirilməsini təmin etmək;

  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin istismarı üzrə təlimatların, qüvvədə olan yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət etmək;

  • İstifadə etdiyi avtonəqliyyat vasitəsinin sıradan çıxdığı hallarda müvafiq aktların, digər sənədlərin tərtibatında və imzalanmasında iştirak etmək;

  • Əmək və istehsal intizamının, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarına riayət etmək;

Tələb olunan bilik və bacarıqlar:
  • Azərbaycan dili səlis ;

Tələb olunan təhsil:
  • Orta təhsil.

Tələb olunan iş təcrübəsi:
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.

  • BC kateqoriyalı sürücülük vəsiqəsi.

  •  Müvafiq sahə üzrə sertifikatların olması arzuolunandır.

İş qrafiki:
Əməkdaşın iş qrafiki həftə ərzində 35 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
  • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.

  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.

  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.

  • Nəqliyyat xidməti.

  • Rəqabətli mükafatlandırma sistemi.

Müraciət et

Oxşar vakansiyalar

Baş ofis

Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Ekologiya sektoru / Sektor müdiri

26 sentyabr, 2026 Müraciət et arrow right
Ofis

Biznes Proseslərin Keyfiyyətinin İdarəedilməsi şöbəsi / Metrologiya sektoru / Mühəndis metroloq

22 sentyabr, 2026 Müraciət et arrow right