Əsas vəzifə öhdəlikləri:
  • Cəmiyyətin fəaliyyətində ətraf mühitin mühafizəsinin və ekoloji təhlükəsizliyin təmin edilməsi üzrə işləri təşkil etmək və koordinasiya etmək;

  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin, aidiyyəti normativ sənədlərin, Cəmiyyətin daxili tələblərinin və tətbiq olunan beynəlxalq standartların tələblərinə uyğunluğun təmin edilməsinə nəzarət etmək;

  • Cəmiyyətin fəaliyyət, proses və layihələri üzrə ekoloji aspekt və risklərin müəyyənləşdirilməsini, qiymətləndirilməsini və onların idarə olunması üzrə tədbirlərin hazırlanmasını təşkil etmək;

  • Ətraf mühitin idarə edilməsi sisteminin tətbiqini və davamlı təkmilləşdirilməsini, o cümlədən müvafiq prosedur, plan, proqram və digər idarəetmə sənədlərinin hazırlanmasını və icrasını koordinasiya etmək;

  • Su ehtiyatlarının və tullantı sularının, atmosfer emissiyalarının, tullantıların, torpaq və biomüxtəlifliyin, kimyəvi maddələrin və digər ekoloji istiqamətlərin idarə olunmasını, monitorinqini və nəzarətini təşkil etmək;

  • Ətraf mühit üzrə monitorinq proqramlarının hazırlanmasını və həyata keçirilməsini, nəticələrin təhlilini, müəyyən edilmiş uyğunsuzluqların və mənfi tendensiyaların araşdırılmasını, korrektiv tədbirlərin hazırlanmasını və icrasına nəzarəti təmin etmək;

  • Cəmiyyətin fəaliyyəti üçün tələb olunan ekoloji icazə, razılıq, normativ layihə sənədləri, ekoloji pasportlar və digər aidiyyəti sənədlərin hazırlanmasını, yenilənməsini və qüvvədə saxlanılmasını təşkil etmək;

  • Yeni layihələr, istehsalat sahələrinin genişləndirilməsi və texnoloji dəyişikliklər üzrə potensial ətraf mühitə təsirlərin qiymətləndirilməsini və müvafiq ekoloji tələblərin layihələrin planlaşdırılması və icrası mərhələlərində nəzərə alınmasını təmin etmək;

  • Ətraf mühitə və sosial sahəyə təsirin qiymətləndirilməsi, ekoloji tədqiqatlar, auditlər və digər müvafiq məsləhətçi xidmətləri üzrə işlərin koordinasiyasını və nəticələrin texniki baxışını təşkil etmək;

  • Ekoloji qəza, sızma, dağılma və digər insidentlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin hazırlanmasını, aidiyyəti fövqəladə hallar planlarına daxil edilməsini və icrasına nəzarəti təmin etmək;

  • Podratçı və subpodratçı təşkilatların fəaliyyətinin Cəmiyyətin ekoloji tələblərinə uyğunluğuna nəzarəti və onların müvafiq ekoloji tələblər barədə məlumatlandırılmasını təşkil etmək;

  • Ətraf mühit üzrə daxili və xarici audit, yoxlama və inspeksiyaların keçirilməsində iştirak etmək, müəyyən edilmiş uyğunsuzluqlar üzrə tədbirlərin hazırlanmasını və icrasına nəzarəti koordinasiya etmək;

  • Şöbənin fəaliyyətinin təşkili üçün zəruri olan illik resursların planlanmasında iştirak etmək və rəhbərliyə təqdim edilməsini təmin etmək;

  • Ətraf mühit üzrə məlumatların toplanmasını, təhlilini və uçotunu, dövlət orqanlarına və digər aidiyyəti tərəflərə təqdim olunan statistik, dövri və digər hesabatların hazırlanmasını və vaxtında təqdim edilməsini təşkil etmək;

  • Cəmiyyətin ekoloji fəaliyyət göstəricilərini, əsas risk və tendensiyaları dövri olaraq qiymətləndirmək və rəhbərliyə müvafiq məlumat, hesabat və təkliflər təqdim etmək;

  • Ətraf mühit üzrə təlim və maarifləndirmə tədbirlərinin keçirilməsini, həmçinin tabeliyində olan əməkdaşların fəaliyyətinin planlaşdırılması, koordinasiyası və nəzarətini təmin etmək;

  • Ətraf mühitin mühafizəsi məsələləri üzrə Cəmiyyətin aidiyyəti struktur bölmələri, dövlət orqanları, podratçılar və digər maraqlı tərəflərlə əməkdaşlığı və koordinasiyanı təmin etmək;

  • Səlahiyyətləri çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icrasını təmin etmək.

Tələb olunan bilik və bacarıqlar:
  • Azərbaycan dilində sərbəst və ingilis dilində orta bilikləri olmalıdır;

  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;

  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;

  • Tətbiq olunan ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq standartlar üzrə biliklər və ən yaxşı sənaye təcrübələri haqqında anlayışı olmalıdır;

  • Müvafiq qanunvericilik üzrə tələb olunan statistik hesabatların hazırlanması, effektiv kommunikasiya, risklərin müəyyən edilməsi, hesabatların və təqdimatların hazırlanması bacarıqları olmalıdır;

  • ISO 14001:2015 standartının tələbləri haqqında biliklərin olmasını təsdiqləyən sertifikata malik olmalıdır;

  • Ətraf mühitin idarə edilməsi üzrə beynəlxalq sertifikata malik olmalıdır (namizədlərin digər bilik və bacarıqları, və təcrübəsi nəzərə alınaraq istisna edilə bilər).

Tələb olunan təhsil:
  • Müvafiq sahədə minimum bakalavr dərəcəsi (Ətraf mühitin idarə edilməsi, Ekologiya, Mühəndislik və s.);

  • Maqistr dərəcəsi arzuolunandır.

Tələb olunan iş təcrübəsi:
  • Ətraf mühitin mühafizəsi sahəsində minimum 3 illik təcrübəsi (ümumi iş təcrübəsi minimum 5 il olmaqla);

  • İdarəetmədə 1 il təcrübəsi

İş qrafiki:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir
Əmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Müraciət et

Oxşar vakansiyalar

Çovdar inteqrəolunmuş regional emal sahəsi

Nəqliyyat və inzibati işlər şöbəsi / ÇİRES-in Nəqliyyat xidməti bölməsi / Sürücü

23 sentyabr, 2026 Müraciət et arrow right
Ofis

Biznes Proseslərin Keyfiyyətinin İdarəedilməsi şöbəsi / Metrologiya sektoru / Mühəndis metroloq

22 sentyabr, 2026 Müraciət et arrow right