Əsas vəzifə öhdəlikləri:

  • Ətraf mühitin mühafizəsi sahəsində siyasətin və prosedurların tətbiqi:

  • Müvafiq qanunvericilik və daxili normativ sənədlərə uyğun olaraq ətraf mühitin mühafizəsi üzrə tərtib edilmiş prosedurların gündəlik fəaliyyətlərdə düzgün tətbiqi istiqamətində müvafiq tədbirlər planının işlənməsində, bu  tədbirlərin yerinə yetirilməsi, hesabatların hazırlanmasında iştirak etmək;

  • Səlahiyyətləri çərçivəsində ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;

  • Müəssisənin fəaliyyətinə uyğun ekoloji aspektlərin müəyyən edilməsində və qiymətləndirilməsində iştirak etmək, yüksək əhəmiyyətli qiymətləndirilmiş ekoloji aspektlər üzrə idarəetmə proqramının hazırlanmasında iştirak etmək, ekoloji şəraitin yaxşılaşdırılması üzrə təkliflər vermək və onların icrasına nəzarət etmək.

  • Audit və təftiş: Sahədə aparılan audit işlərində və təftişlərdə iştirak etmək, həmçinin yoxlamalar zamanı məlumat toplamaq, aşkar edilən məsələləri qeydə almaq və nəticələrin sənədləşdirilməsini yerinə yetirmək.

  • Uyğunsuzluqların idarəolunması: Aşkar olunmuş uyğunsuzluqlar ilə bağlı həlledici təkliflər vermək, göstərişlər tərtib etmək, icra vəziyyətini izləmək və nəticələr barədə rəhbərliyə məlumat vermək.

  • Təlim və təlimatlandırma: İlkin, təkrar və plandankənar təlimatlandırmaların təşkilinə dəstək vermək.

  • Hadisələrin araşdırılması: Qəza və insidentlərin araşdırılması prosesində iştirak etmək, ilkin məlumatların toplanmasını həyata keçirmək və yekun hesabatların hazırlanmasını təmin etmək.

  • Monitorinq və hesabatlılıq:

  • Səlahiyyətləri çərçivəsində layihənin fəaliyyəti nəticəsində ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədilə ekoloji monitorinqin keçirilməsində və nəticələrə dair hesabatların hazırlanmasında iştirak etmək və kənara çıxma olduğu halda aidiyyəti üzrə təkliflər vermək;

  • Ekoloji normativ və digər ətraf mühitin mühafizəsi ilə bağlı texniki sənədlərin tərtib edilməsində iştirak etmək;

  • Səlahiyyətləri çərçivəsində ətraf mühitə zərərli fiziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;

  • Müəssisənin fəaliyyəti nəticəsində formalaşan tullantılar üzrə hesabatların aparılmasında və tullantıların idarə edilməsində iştirak etmək.

  • Fövqəladə hallara hazırlıq: Fövqəladə hallara cavab tədbirlərinin həyata keçirilməsində iştirak etmək.

  • Kommunikasiya və məlumatlandırma: İşçilər və podratçılar arasında ətraf mühitin mühafizəsinə dair tələblər üzrə maarifləndirmə işlərinə dəstək vermək.

  • Podratçılara nəzarətdə iştirak:

  • Podratçı və təchizatçıların ətraf mühitin mühafizəsinə dair tələblər əsasında işlərinin təşkilinə nəzarət etmək;

  • Layihə çərçivəsində podratçı şirkətlərin aidiyyəti üzrə məsul şəxslərin əhəmiyyətli ekoloji aspektlərlə və müvafiq daxili qaydalarla tanış edilməsini təmin etmək.

Tələb olunan bilik və bacarıqlar:
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində biliklərinin olması arzuolunandır;

  • MS Office proqramlarını yaxşı səviyyədə bilməli;

  • Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri və digər normativ sənədlər üzrə bilikləri olmalıdır;

  • Tətbiq olunan ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq standartlar üzrə biliklər və ən yaxşı sənaye təcrübələri haqqında güclü anlayış arzu olunandır.

Tələb olunan təhsil:
  • Ali təhsil : Ekoloji mühəndislik, Ətraf mühitin idarə edilməsi, Ekologiya, Mühəndislik ixtisasları üzrə

Tələb olunan iş təcrübəsi:
  • Ətraf mühitin mühafizəsi sahəsində 2 illik təcrübə

İş qrafiki:
Gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün
Əmək haqqı və əlavə imtiyazlar:
•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.
Müraciət et

Oxşar vakansiyalar

Çovdar inteqrəolunmuş regional emal sahəsi

Təmir-tikinti və texniki təminat şöbəsi / ÇİRES-in Mexanika bölməsi / Defektoskopiya mühəndisi

23 oktyabr, 2026 Müraciət et arrow right