Əsas vəzifə öhdəlikləri:
  • Mexaniki avadanlıqların, qurğu və mexanizmlərin təmiri və texniki xidməti zamanı tələb olunan detalların torna dəzgahında dəqiq, keyfiyyətli və texniki tələblərə uyğun hazırlanması və bərpasını təmin etmək;

  • Torna işlərinin istehsalat qrafikinə uyğun, əməyin mühafizəsi, SƏTƏM və texniki təhlükəsizlik tələblərinə riayət edilməklə yerinə yetirilməsini təmin etmək;

  • Mexaniki avadanlıqların təmiri və texniki xidməti üçün tələb olunan detalların torna dəzgahında hazırlanmasını və emalını həyata keçirir;  

  • Texniki çertyoj, eskiz, sxem, ölçü cədvəli və digər texniki sənədləri oxuyur və onlara uyğun olaraq detalların emalını həyata keçirir;

  • Detalların ölçülərinə və texniki tələblərinə uyğun olaraq kəsmə, yonma, təmizləmə və digər mexaniki emal əməliyyatlarını həyata keçirir;

  • İstehsalatın fasiləsizliyinin təmin edilməsi məqsədilə tələb olunan ehtiyat və təmir detallarının hazırlanmasında iştirak edir;

  • Mexaniki avadanlıqların konstruksiyasına uyğun olmayan və ya təhlükə yarada biləcək detalların hazırlanmasına yol vermir;

  • Hazırlanmış detalların təyinatına uyğunluğunu və ölçülərinin düzgünlüyünü təmin edir;

  • Mexanika sektorunda həyata keçirilən təmir və texniki xidmət tədbirlərində öz ixtisası çərçivəsində iştirak edir;            
    Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında məlumat vermək;

Tələb olunan bilik və bacarıqlar:
  • Müvafiq qanunvericilik aktları və normalarını; 

  • Texniki istismar qaydalarını (TİQ), Təhlükəsizlik texnikası qaydalarını(TTQ), Yanğın təhlükəsizlik qaydalarını(YTQ);     

  • Torna dəzgahlarının quruluşunu, iş prinsipini və istismar qaydalarını;

  • Torna dəzgahının əsas hissələrinin təyinatını;

  • Müxtəlif metalların mexaniki emal xüsusiyyətlərini;

  • Xarici və daxili səthlərin emalı texnologiyasını;

  • Ölçü-nəzarət alətlərindən istifadə qaydalarını;

  • Texniki çertyoj və eskizlərin oxunmasını;

  • Detalların hazırlanması və bərpasında tətbiq olunan əsas mexaniki emal üsullarını;

  • Dəzgahların yağlama və texniki qulluq qaydalarını;

Tələb olunan təhsil:
  • Orta ixtisas və ya peşə təhsili;

Tələb olunan iş təcrübəsi:
  • Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;

İş qrafiki:
Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün.
Əmək haqqı və əlavə imtiyazlar:

•Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
•Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
•Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
•Nəqliyyat xidməti.
•Rəqabətli mükafatlandırma sistemi.

Müraciət et

Oxşar vakansiyalar

Çovdar inteqrəolunmuş regional emal sahəsi

Növbə nəzarətçisi/CİL zavodu

16 oktyabr, 2026 Müraciət et arrow right
Baş ofis

İnsan resurslarının idarəolunması şöbəsi / İnsan resursları üzrə biznes tərəfdaşlığı sektoru / Baş mütəxəssis

16 oktyabr, 2026 Müraciət et arrow right
Ofis

Daxili nəzarət şöbəsi / Etika və uyğunluq sektoru / Sektor müdiri

18 oktyabr, 2026 Müraciət et arrow right