Aparıcı mütəxəssis / Daxili nəzarət şöbəsi / İcraya nəzarət sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifələri:
• Daxili nəzarət alətlərini tətbiq etməklə icraya nəzarət tədbirlərinin aparılmasında iştirak etmək, müvafiq məlumatların emalı və təhlilini həyata keçirmək, bu istiqamətdə təklifləri hazırlayaraq sektor müdirinə təqdim etmək;
• Şöbənin qısa və uzunmüddətli məqsədlərinə nail olmaq üçün sektorun fəaliyyətinə dair mütəmadi hesabatları hazırlamaq;
• Sektorun apardığı icraya nəzarət tədbirlərinin nəticələrinə dair hesabatları hazırlamaq və bu istiqamətdə bütün lazımi şöbədaxili sənədləşdirməni aparmaq;
• Cəmiyyətin sabit və davamlı fəaliyyətini təmin etmək məqsədi ilə Cəmiyyətin fəaliyyəti üzrə sektor tərəfindən keçirilən icraya nəzarət tədbirləri çərçivəsində müvafiq risklərin müəyyən edilməsində iştirak etmək və sektor müdirinə təqdim etmək;
• Proseslərdə, nəzarət mexanizmlərində və onların icrasında mövcud və yol verilmiş boşluq və pozuntuların aşkar edilməsi zamanı, həmçinin həmin hallar üzrə optimallaşdırıcı və düzəldici təklifləri birbaşa rəhbərə təqdim etmək;
• Korrupsiyaya qarşı adekvat mübarizə üzrə effektiv tənzimləməni əhatə edən daxili nəzarət sisteminin formalaşdırılması, bu sistemin mütəmadi olaraq təkmilləşdirilməsi və nəzarət prosedurlarının səmərəliliyinin qiymətləndirilməsi prosesində şöbə müdiri və sektor müdirinin tapşırıqlarını yerinə yetirmək;
• Əməliyyat və maliyyə risklərinin idarə edilməsi üçün risklərin operativ müəyyən edilməsi və qiymətləndirilməsini təmin etmək, cavab mexanizmlərinin hazırlanması, planlanması üzrə təkliflər verilməsini təmin etmək;
• Bank çıxarışları, ödənişlər, kassa əməliyyatların və qalıqlarının dövrü qaydada yoxlanılması;
• Aşkar edilmiş uyğunsuzluqlar, boşluqlar, xəta və pozuntular haqqında hesabatlar və təqdimatların hazırlanması;
• Güclü daxili nəzarət mühitinin qorunub saxlanılmasının təmin edilməsi prosesində sektor müdirinin tapşırıqlarını icra etmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Yüksək riyazi analiz və analitik düşünmə qabiliyyəti;
• Yaxşı ünsiyyət qabiliyyəti, əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, nəticə yönümlülük, təşəbbüskarlıq, təşkilatı anlama, çeviklik, problem həlletmə bacarıqları;
• 1C ERP; Maliyyə Hesabatları üzrə biliklər;
• ACCA, CİA, CFE və s. beynəlxalq sertifikatların olması üstünlükdür;
• Dil və komputer bilikləri:Azərbaycan dili sərbəst, İngilis və Rus dilləri arzuolunandır . Peşəkar MS Excel bilikləri.

Tələb olunan təhsil və iş təcrübəsi:
* Ali təhsil (Mühasibat uçotu və audit,iqtisadiyyat,maliyyə)
* İş təcrübəsi: müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı müsahibə əsnasında təyin olunur.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar