Aparıcı mütəxəssis / İnsan resurslarının idarəolunması şöbəsi / Təşkilati inkişaf sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
14.03.2025
Yenilənmə tarixi:
06.04.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Cəmiyyətin İnsan resurslarının idarəolunması üzrə strategiyasını əsas götürməklə kadr hazırlığı proseduruna uyğun müvafiq proseslərin icra edilməsində iştirak etmək (kritik vəzifələrə davamçıların yetişdirilməsi, liderlik inkişaf proqramı və s.); • Səlahiyyətləri çərçivəsində kadr ehtiyatı sisteminin yaradılmasında iştirak etmək; • İşçilərin təlim ehtiyaclarının müəyyən edilməsi və ona uyğun illik təlim planlarının tərtib olunaraq tətbiqinin həyata keçirilməsi; • Təlimlərin təşkili ilə bağlı bütün prosesləri icra etmək; • Şöbənin fəaliyyəti ilə bağlı hesabatları hazırlamaq; • Cəmiyyətin daxili insan resursları hesabına öyrənmə mühitinin yaradılması məqsədi ilə daxili təlimçi bazasının formalaşdırılması istiqamətində işlər görmək; • Öyrənmə və inkişaf üzrə ümumi strategiya və prinsiplərin müəyyənləşdirilməsi; • Əmək bazarında mövcud olan əməkhaqqı sorğularının təhlil edilərək əməkhaqqı ilə bağlı təkliflərin hazırlanması; • Əməkhaqqı sisteminin ədalətli şəkildə qurulması məqsədilə dərəcələndirmə sistemini tətbiq edilməsində iştirak etmək; • Cəmiyyətin işçilərində işçi bağlılığını artırmaq üçün müxtəlif növ korporativ tədbirlərin və komanda oyunlarının təşkil edilməsi istiqamətində işlər görmək; • Əməkdaşlarda stimul yaratmaq və onların Cəmiyyətə loyallığını təmin etmək məqsədi ilə onların davamlı olaraq motivasiyası ilə bağlı təkliflər vermək; • Motivasiya prosesinə uyğun müvafiq işlərin təşkilində və icra olunmasında iştirak etmək; • Struktur bölmələrdən daxil olan sektorun səlahiyyətləri çərçivəsində yazılı və şifahi sorğulara nəzakətli cavab verərək problemləri həll etmək və ya həlli yollarını təklif etmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis yaxşı səviyyədə, Rus dilinin olması isə arzuolunandır; • MS Office (Outlook, Word, Excel PowerPoint) proqramlarında işləmə bacarığı; • Yaxşı ünsiyyət qabiliyyəti, Əməkdaşlıq, Məsuliyyətlilik, Davamlı inkişaf, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Təşkilatı anlama, Çeviklik, Problem həlletmə bacarıqları.
Tələb olunan təhsil və iş təcrübəsi: • Ali təhsil (İnsan resursları, Psixologiya, Biznesin idarəolunması və.s əlaqəli sahələrdə olması mütləqdir); • İnsan resursları sahəsində 3 ildən çox təcrübə olması mütləqdir. Bundan əlavə 3 il təcrübənin ən azı 1 il yarımı təlimlərin təşkili və idarəolunması, davamçıların hazırlanması ilə bağlı olmalıdır.
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.