Aparıcı mütəxəssis / Maliyyə şöbəsi / Mühasibatlıq sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Uçotun yerli və beynəlxalq mühasibat standartlarının tələblərinə uyğunlaşdırılması prosesinin həyata keçirilməsində iştirak etmək;
• Cəmiyyətin vergi uçot bazasının formalaşdırılması, onun fəaliyyətinin düzgün tənzimlənməsi və hesabatların hazırlanmasında Baş Mühasibə dəstək olmaq;
• Vergi orqanları və digər dövlət qurumları tərəfindən tələb olunan bütün növ müvafiq hesabatların hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini təmin etmək;
• Daxili və xarici auditorlar tərəfindən tələb olunan müvafiq məlumaların hazırlanmasına və təqdim edilməsinə dəstək olmaq;
• Səlahiyyətləri çərçivəsində təhtəl hesab şəxslərlə iş və müvafiq uçotun aparılmasını təmin etmək;
• Kontragentlərlə əlaqədar mal-material, xidmət, ödəmələr, zəmanət və avanslarla əlaqədar hesablamaları həyata keçirmək və uçotunu aparmaq;
• Aralıq ödəniş sertifikatı (forma 2 və ya xarici kontragentlərə nəzərən İPC) üzrə formalaşmış debitor borcların və digər alacaqların vaxtlı-vaxtında daxil olmasını təmin etmək;
• Səlahiyyətləri çərçivəsində maliyyə-hesablaşma əməliyyatlarının təyin olunmuş vaxt çərçivəsində rəsmiləşdirilməsini təmin etmək;
• Səlahiyyətləri çərçivəsində şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətdaxili sənədlərin hazırlanmasında və tətbiqinə nəzarət edilməsində iştirak etmək;
• Səlahiyyətləri çərçivəsində mühasibat sənədlərinin tərtib edilməsi və arxivləşdirilməsi işlərini qanunvericiliyə uyğun qaydada təşkil etmək;
• Bank hesabları üzrə ödənişlərin, Elektron Qaimə Faktrura, Hesab Fakturalarının 1 C ERP sisteminə düzgün işlənməsi.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır;
• Vegi qanunvericiliyini yaxşı səviyyədə bilməli;
• Microsoft Office proqramlarından və 1C proqramından yaxşı istifadə bacarığı;
• Analitik təhlill və komanda ilə işləmək bacarıqları, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik, Nizam-intizam, Təşəbbüskarlıq.

Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil;
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi.

İş qrafiki:
* Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar