Aparıcı mütəxəssis / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Şöbənin fəaliyyətinin təşkilində aidiyyəti üzrə iştirak etmək, zəruri olan arayış və məlumatlar hazırlayaraq layihə menecerinə təqdim etmək;
• Şöbənin fəaliyyət istiqamətləri üzrə müvafiq iqtisadi araşdırmaları və təhliləri aparmaq, nəticələrini layihə menecerinə təqdim etmək;
• Cəmiyyətin aidiyyəti layihələrinin koordinasiyasında söbənin səlahiyyətləri çərçivəsində iştirak etmək;
• Yataqların hasilat mərhələsinə qədərki dövrü üçün şöbənin səlahiyyətləri çərçivəsində layihələrin idarə olunmasında iştirak etmək;
• Şöbənin səlahiyyətləri çərçivəsində aidiyyəti layihələrin icrası üçün Fəaliyyət Planları və iş qrafikinin tərtibində iştirak etmək;
• Səlahiyyətləri çərçivəsində Cəmiyyətin aidiyyəti layihələrinin reyestrini hazırlanmasında iştirak etmək;
• Şöbənin səlahiyyətləri çərçivəsində yeni investisiya layihələri üzrə aparılacaq müvafiq təhlillərdə iştirak etmək;
• Şöbənin səlahiyyətləri çərçivəsində aidiyyəti layihələrlə bağlı texniki hesabatların təhlilində iştirak etmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ilə iş; risklərin idarə edilməsi; təhlil etmə; kommunikasiya; davamlı inkişaf və öyrənməyə açıq; tapşırıqların icra müddətlərinə uyğun təhvil vermək;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və digər proqramlar (PPT, Outlook)

Tələb olunan təhsil və iş təcrübəsi:
• İqtisadiyyat,texniki, texniki ixtisasları üzrə ali təhsil, MBA;
• PMP sertifikatı və yaxud digər peşəkar təhsil sertifikatlarının olması;
• Minimum 1 il müvafiq sahədə iş təcrübəsi.
Digər vakansiyalar