Baş mütəxəssis / Maliyyə şöbəsi / Büdcə və planlama sektoru

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
Cəmiyyətin büdcə planının hazırlanması və təsdiqlənməsində iştirak etmək;
Xarici qurumlara rüblük hesabatlar göndərmək və göstəricilər üzrə izahlar vermək;
Xərclər üzrə Cəmiyyət daxili şöbələrlə müzakirələr aparmaq və smeta göstəricilərinə əsasən qərarları formallaşdırmaq;
Lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planların tərtibatında iştirak etmək;
Cəmiyyətin dövri hesabatlarını qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada hazırlanmasını, onların icmallaşdırılmasını təhlil edərək rəhbərliyə təqdim etmək;
Biznes plan və büdcə modellərin hazırlanması və yenilənməsi;
Müvafiq şöbələrdən daxil olan əsas məlumatların və sənədlərin işlənilməsinə nəzarət etmək;
Büdcə/Faktiki analizlərin aparılması.

Tələb olunan bilik, bacarıq və səriştələr:
Maliyyə sertifikatları (ACCA F2, F3, F5, F7);
Excel və modelling üzrə bacarıqlar (FMVA, Power BI və bunun kimi sertifikatın olması arzuolunandır)
Əməkdaşlıq, məsuliyyətlilik, davamlı inkişaf, çeviklik və problem həll etmə səriştəlikləri tələb olunur.

Tələb olunan təhsil və iş təcrübəsi:
İqtisadiyyat və Maliyyə istiqamətləri üzrə ali təhsil
Büdcələmə/planlama, maliyyə, təhlil, hesabatlılıq üzrə 2 il iş təcrübəsi;

İş qrafiki:
İş saatları: 09:00 – 18:00;
Nahar fasiləsi: 13:00-14:00;
Şənbə və Bazar istirahət günüdür.
Digər vakansiyalar