Baş mütəxəssis / Maliyyə şöbəsi / Mühasibatlıq sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
2
Son müraciət tarixi:
14.06.2026
Yenilənmə tarixi:
08.06.2026
Vakansiyaya dair tələblər
Əsas vəzifə öhdəlikləri:
• Vergi orqanlarına qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi hesabatını təqdim etmək üçün məlumatları hazırlayıb rəhbərinə təqdim etmək; • Cəmiyyətin bank hesabları üzrə aparılan maliyyə və hesablama əməliyyatların operativ uçotunu aparmaq; • Müqavilələr əsasında alınan malların və xidmətlərin dəyərini vaxtında ödəmək; • Müştəri və biznes üzrə digər partnyorlara hesabları təqdim etmək, qarşılıqlı hesabları tutuşdurmaq; • Statistik hesabatların təhvil verilməsi üçün məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək; • Maliyyə-mühasibatlıq sənədlərin düzgün və vaxtında rəsmilləşdirilməsini təmin etmək; • Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq; • Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları və digər ayırmaları təmin etmək; • Aylıq, rüblük, illik maliyyə hesabatlarının tərtib edilməsini təmin etmək; • Aylıq, rüblük, illik hesabatların vergi orqanlarına və DSMF-yə təqdim edilməsini təmin etmək; • Görülmüş iş, alınmış mal-material və göstərilmiş xidmətlərə görə ƏDV sub-uçot hesabından ƏDV məbləğlərinin , eləcədə büdcəyə ƏDV-nin elektron köçürmələrinin aparılmasını təşkil etmək; • Debitor və kreditor borclarının aylar üzrə hesablanması və mühasibatlıq proqramında işlənməsini təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır; • Microsoft Office və 1C proqramlarından yaxşı istifadə bacarığı; • PMS sertifikatı ; • Analitik təhlill və komanda ilə işləmək bacarıqları, Əməkdaşlıq, Operativlik, Məsuliyyətlilik, Dəqiqlik, Nizam-intizam, Təşəbbüskarlıq.
Tələb olunan təhsil və iş təcrübəsi:
• Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya müvafiq sahə üzrə Ali təhsil; • Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki həftə ərzində 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.