Baş mütəxəssis / Strateji planlaşdırma və layihələrin idarəolunması şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Layihələrinin koordinasiyasında şöbənin səlahiyyətləri çərçivəsində iştirak etmək;
• Yataqların hasilat mərhələsinə qədərki dövrü üçün şöbənin səlahiyyətləri çərçivəsində layihələrin idarə olunmasında iştirak etmək;
• Şöbənin fəaliyyət istiqamətləri üzrə müvafiq iqtisadi araşdırmaları və təhliləri aparmaq, nəticələrini layihə menecerinə təqdim etmək;
• Cəmiyyətin nəzərdə tutulan Fəaliyyət Planının hazırlanmasında və nəzərdə tutulmuş müvafiq işlərin vaxtında görülməsinə nəzarət olunmasının şöbənin səlahiyyətləri çərçivəsində təmin olunmasında iştirak etmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (səlis);
• Microsoft Office və digər proqramlar üzrə biliklər;
• PMP sertifikatının olması arzuolunandır;
• Mühəndislik və tikinti layihələrinin idarəedilməsi;
• Komanda ruhu, Təşkilatçılıq, Ünsiyyət, Münasibətlərin qurulması, Təlim keçmə bacarığı, Şəxsi və peşəkar inkişaf, Analitik düşüncə və riyazi biliklər, Hesabat yazma səriştəsi.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil (İqtisadiyyat, Biznes, Mühəndislik, MBA ixtisasları üzrə);
• Fərqli layihələrin idarəetmə və maliyyə alətlərinin işləmə mexanizmləri barədə ümumi biliklər;
• Ən azı 5 il müvafiq sahədə iş təcrübəsi.

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
* Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
* Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
* Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
* Nəqliyyat xidməti.
* Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar