Baş mütəxəssis / Torpaq işləri və yerin təkindən istifadə sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
21.07.2022
Yenilənmə tarixi:
04.07.2022
Vakansiyaya dair tələblər
Tələb olunan bilik, bacarıq və səriştələr: Azərbaycan milli qanunvericiliyi (xüsusilə yerin təkindən istifadə, mədənçilik, torpaq qanunvericiliyi) üzrə ümumi biliklərə malik olmalı; Torpaqların təyinatının dəyişdirilməsi, torpaqların dövlət ehtiyacı üçün alınması sahəsində müvafiq təcrübəyə malik olmalı; Torpaqların alqı-satqısı, icarəyə və ya istifadə verilməsi, həmçinin torpaq sahəsi üzərində bu hüquqların dövlət qeydiyyatına alınması sahəsində müvafiq təcrübəyə malik olmalı; Yerin təkindən istifadə üzrə (geoloji və geoekoloji öyrənmə, geoloji və dağ-mədən ayırma, faydalı qazıntıların çıxarılması və s.) müvafiq razılıq və icazələrin alınması sahəsində təcrübəyə malik olmalı; Yerin təkində və onun müvafiq sahələrinin səthində fəza-həndəsi ölçmələrin (markşeyder planalması) aparılması bacarığına malik olmalı; Qlobal Mövqeləndirmə Sistemi (GPS) ilə işləmə bacarığı olmalı; Coğrafi İnformasiya Sistemi (GİS) – coğrafi məlumatları özündə cəmləşdirən verilənlər bazasının yaradılması sahəsində bacarığa malik olmalı; Yüksək induktiv və analitik təhlil etmə bacarığına malik olmalı; İş prosesində dəqiqlik və detallara fikirvermə qabiliyyətinə malik olmalıdır;; İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı; Operativlik, gərgin iş rejimində işləmək, problemləri həll etmə, qərarvermə və təşkilatçılıq bacarığı; Komanda da işləmək bacarığı, şəxsi və peşəkar inkişafa meyillilik; Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis və rus dilləri arzuolunandır; Komputer bilikləri: Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi: Ali təhsil; Müvafiq sahəyə uyğun sertifikatların olması arzuolunandır; Minumum 2 il müvafiq sahədə iş təcrübəsi;