Ekologiya üzrə mütəxəssis / Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühit şöbəsi / Tülallar sahəsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
tam
Vakansiya sayı:
1
Son müraciət tarixi:
14.10.2024
Yenilənmə tarixi:
16.10.2024
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: * Səlahiyyətləri çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində tədbirlər planının işlənməsi, bu tədbirlərin yerinə yetirilməsi və müvafiq hesabatların hazırlanması üzrə müvafiq işlərin görülməsində iştirak etmək; * Tülallar sahəsində ətraf mühitə və sosial sahəyə təsirlərin əvvəlcədən qiymətləndirilməsi üzrə müvafiq işlərin yerinə yetirilməsində iştirak etmək; * Azərbaycan Respublikasının ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyinin tələblərinin, eyni zamanda beynəlxalq standartların və aidiyyəti normativ sənədlərin tələblərinin yerinə yetirilməsinə yönəldilmiş müvafiq tədbirlərin görülməsində iştirak etmək; * Səlahiyyətləri çərçivəsində dövri olaraq müəssisədaxili ekoloji monitorinqin keçirilməsində və nəticələrinə dair hesabatın hazırlanmasında iştirak etmək, monitorinq zamanı aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün aidiyyəti üzrə təkliflər vermək; * Səlahiyyətləri çərçivəsində istehsalat və struktur bölmələrin fəaliyyəti zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması məqsədi ilə tədbirlərin görülməsində və mütəmadi nəzarət olunmasında iştirak etmək; * Tülallar sahəsində fəaliyyət göstərən podratçı şirkətlərinin aidiyəti üzrə məsul şəxslərinin əhəmiyyətli ekoloji aspektlərlə və müvafiq daxili qaydalarla tanış edilməsinin təşkil olunmasında iştirak etmək; * Səlahiyyətləri çərçivəsində iqtisadi prosesin bütün mərhələlərində ətraf mühitin mühafizəsi üzrə perspektiv və cari planların hazırlanmasında iştirak etmək; * Ekoloji normativ və digər ətraf mühitin mühafizəsi ilə bağlı texniki sənədlərin tərtib edilməsi üzrə müvafiq işləri yerinə yetirilməsində iştirak etmək; * Tülallar sahəsində formalaşan təhlükəli, sənaye və məişət tullantıları üzrə müvafiq məlumatların toplanması, o cümlədən tullantıların idarə olunması üzrə müvafiq işlərin görülməsinin təşkilində iştirak etmək; * Atmosferə zərərli maddələrin atılmasına, yerüstü su mənbələrinə axıntı suların axıdılmasına və texnoloji proseslərdə, axıntı suların təmizlənməsi zamanı əmələ gələn bərk tullantıların, eyni zamanda qaz-toz tutucu qurğuların dövri olaraq dəyişdirilən filtirlərin poliqonlarda yerləşdirilməsinin normativ lahiyə sənədləri və müvafiq qanunvericilikdə müəyyən edilmiş qaydada həyata keçirilməsi üzrə işlər görülməsində iştirak etmək; * Səlahiyyətləri çərçivəsində ətraf mühitə zərərli fıziki təsirləri tənzimləyən tələb və normaların təmin olunmasına nəzarətin həyata keçirilməsində iştirak etmək; * Səlahiyyətləri çərçivəsində ətraf mühitin əlverişli ekoloji vəziyyətinin təmin edilməsi, ekoloji şəraitin sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin təşkili və nəzarət üzrə işlərdə iştirak etmək; * Səlahiyyətləri çərçivəsində Cəmiyyətin fəaliyyəti ilə bağlı olan ekoloji aspektlərin əhəmiyyətinin qiymətləndirilməsi üzrə işlərin yerinə yetirilməsində iştirak etmək; * Səlahiyyətləri çərçivəsində zərərli ekoloji aspektlərin əhəmiyyətinin azaldılması üzrə proqramların işlənib hazırlanmasında iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: * Microsoft Office proqramları, ümumi komputer bilikləri; * Əməkdaşlıq, Məsuliyyətlilik, Nəticə yönümlülük, Təşəbbüskarlıq, Çeviklik.
Tələb olunan təhsil və iş təcrübəsi: * Müvafiq sahə üzrə ali təhsil; * Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
İş qrafiki: * Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 08:00-dan 17:00-a qədərdir. Nahar vaxtı saat 12:00-dan 13:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: * Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. * Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. * Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. * Nəqliyyat xidməti. * Rəqabətli mükafatlandırma sistemi.