Elektrik-avtomatik / Təmir - tikinti və energetika şöbəsi / Elektro-mexanika sektoru
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
11.04.2021
Yenilənmə tarixi:
21.04.2021
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsinin təşkilində iştirak etmək; • Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərilməsi. • Müəssisədə istehsal proseslərinin müasir informasiya texnologiyaları elementləri əsasında kompleks avtomatlaşdırılması və mexanikləşdirilməsi işlərinin görülməsi; • Nəzarət ölçü cihazları və avtomatika vasitələri, onların iş prinsipi, quraşdırma və sazlama qaydalarını bilməli; • Nəzarət ölçü cihazları və avtomatika vasitələri üzrə cihazları lahiyələrdə şərti işarələrini, Elektrik dövrə sxemlərini bilməli; • Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidmətinə nəzarət etmək; • Elektrik dövriyyəsinin hesablanmasını həyata keçirtmək; • Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti istiqamətini təşkil etmək; • Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi istiqamətində tədbirlər görmək.
Tələb olunan bilik, bacarıq və səriştələr: • Müvafiq qanunvericilik aktları və normalarını; • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; • Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır), Microsoft Office və AutoCAD proqramları;
Tələb olunan təhsil və iş təcrübəsi: • Müvafiq sahə üzrə ali təhsil; • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.