KSM koordinatoru / İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi
Vakansiya aktiv deyil
İş yeri:
Bakı şəhəri
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
08.05.2025
Yenilənmə tarixi:
16.05.2025
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: • Cəmiyyətin hasilat və istehsalat fəaliyyətini apardığı regionlarda, mədənlərin ətrafında yerləşən kənd və qəsəbələrdə əhalinin sosial ehtiyaclarına uyğun layihə təşəbbüslərinin irəli sürülməsi və fokus qrupları ilə görüşlərin təşkil edilməsi; • Sosial layihələrin büdcəsinin formalaşdırılması və layihələrin icrasının koordinasiya edilməsi; • Vətəndaşların müraciət və təşəbbüslərinin araşdırılması, Cəmiyyətin səlahiyyətləri və qanunvericilik çərçivəsində həll edilməsi üçün tədbirlərin görülməsi, hədəf qruplarına yönəlmiş təşəbbüs və layihələrin icrası çərçivəsində görüşlərin təşkil edilməsi; • Sponsorluq və ianə müraciətlərinin dəyərləndirilməsi, müqavilələrin icrasına nəzarət edilməsi və hesabatlılığın təmin edilməsi; • Sosial layihələrlə bağlı ayrı-ayrı qurumlar və şəxslər tərəfindən irəli sürülən təşəbbüslərin araşdırılması və birgə əməkdaşlıq məsələlərinin koordinasiya edilməsi; • Sosial layihələrin icrasına dair aylıq, rüblük və illik planların tərtib edilməsi və müvafiq dövrlər üzrə hesabatların hazırlanması;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili səlis, ingilis və rus dilləri orta səviyyədə olması arzuolunandır; • Microsoft Office və 1C proqramlarında yaxşı işləmə bacarığı; • Dayanıqlı inkişaf məqsədləri (SDG-Sustainable Development Goals) və sosial məsuliyyət prinsipləri barədə məlumatlı olmaq; • Korporativ etika və sosial təsir dəyərlərinə sadiqlik; • Təşkilatçılıq qabiliyyəti, nizam-intizam, stressə davamlı, mükəmməl təqdimat bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi: • Sosial elmlər, layihələrin idarə edilməsi, PR, beynəlxalq münasibətlər və əlaqəli sahələr üzrə Ali təhsil • Sosial layihələrin idarə edilməsi və vətəndaşlarla iş istiqamətində minimum 2 il iş təcrübəsi;
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.