Elektrik / Təmir - tikinti və energetika şöbəsi / Çovdar Filiz Emalı Sahəsinin təmir-tikinti və energetika bölməsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
Tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
15.12.2023
Yenilənmə tarixi:
18.12.2023
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: ▪ Müxtəlif sxemli güc və işıqlandırıcı qurğulara xidmət göstərmək; ▪ Transformator yarımstansiyalarında nəzarət-ölçü cihazları və ölçü transformatorlarının dəyişilməsində iştirak etmək; ▪ Elektrik avadanlığı və axın xəttinə bağlanmış maşın və aqreqat sxemlərinə, həmçinin texnoloji prosesin avtomatik tənzimlənməsi ilə avadanlığa xidmət göstərmək; ▪ Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının sxemini, qurğuları yoxlamaq və qüsurları aradan qaldırmaq; ▪ Elektron idarəetmə sxemli qaynaq avadanlığına, həmçinin yüksək tezlikli lampa generatorlarına xidmət göstərmək; ▪ Elektromaqnit idarəetmə sistemli cərəyan və gərginlik üzrə əks-rabitəli aqreqat və dəzgahların elektrik avadanlığına xidmət göstərilməsini təmin edilməsində iştirak etmək; ▪ Elektrik avadanlıqlarının istismarı üzrə xidmətlər təhlükəsiz yerinə yetirmək; ▪ Elektrik avadanlıqlarının cari və əsaslı təmir qrafikindəki işlərin nöqsansız yerinə yetirilməsindəiştirak etmək; ▪ Aşkarlanmış nöqsanlar, habelə görülən işlər barədə aidiyyəti üzrə məlumat vermək; ▪ Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; ▪ Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; ▪ Əməyin təhlükəsizliyi normalarına əməl etmək; ▪ İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; ▪ Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; ▪ İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ▪ Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; ▪ Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.
Tələb olunan təhsil və iş təcrübəsi: • Sahə üzrə orta ixtisas / ilk peşə təhsili; • Sahə üzrə minimum 1 il iş təcrübəsi; • Sahə üzrə müvafiq sertifikatlar (arzuolunandır).
Tələb olunan bilik, bacarıq və səriştələr: • Əməkdaşlıq, məsuliyyətlilik, çeviklik, problem həll etmə bacarıqları; ▪ Elektrik idarəetmə aparatlarının iş prinsiplərini bilmək; ▪ Elektrik sxemlərini tərtib etmək və quraşdırmaq bacarığı; ▪ Elektrik mühərriklərinin, güc, gərginlik və cərəyan transformatorlarının quruluşunu, birləşmə qruplarını və iş prinsipini bilmək; ▪ Birxətli və prinspial sxemləri oxumaq və elektrik dövrələrində qüsurları aşkar etmək bacarığı; ▪ ETQ və TİQ sahəsində biliklərə malik olmaq.