Elektromexanik / Təmir - tikinti və energetika şöbəsi / Çovdar Filiz Emalı Sahəsinin təmir-tikinti və energetika bölməsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Generator və idarəetmə panellərinə xidmət göstərmək;
• Servis işlərini həyata keçirmək;
• Aidiyyəti üzrə əməliyyat prosesinə nəzarət etmək;
• Avadanlıq və ona bağlanmış aqreqat sxemlərinə, texnoloji prosesin avtomatik tənzimlənməsinə nəzarət edilməsində iştirak etmək;
• Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
• Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
• Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
• İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
• Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
• İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
• Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
• Əmək qanunvericiliyinin tələblərinə əməl etmək.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Sahə üzrə orta ixtisas / ilk peşə təhsili;
• Sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Sahə üzrə müvafiq sertifikatlar (arzuolunandır).

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Əməkdaşlıq, məsuliyyətlilik, çeviklik, təşəbbüskarlıq, problem həll etmə bacarıqları;
▪ Elektrik generatorları barədə ümumi anlayışlar;
▪ Alternatorlar və onların quruluşu haqqında anlayışlar;
▪ Dizel mühərriklərinin quruluşunu bilməli;
▪ Dizel mühərriklərində yaranan qüsurların aşkarlanması və aradan qaldırılması bacarıqları;
▪ Generatorların sinxron işlədilməsi sahəsində biliklər;
▪ Generatorlarda dövrü servis işlərinin görülməsi haqqında məlumatlılıq;
▪ Generatorun iş rejiminin kontrollerdən izlənilməsi bacarığı;
▪ ETQ və TİQ-ə dair biliklərə malik olmaq.

İş qrafiki:
▪ Növbəli
Digər vakansiyalar