Emal operatoru / Çovdar filiz emalı sahəsi / Əməliyyat bölməsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Kimyəvi maddələri prosesə uyğun hazırlamaq;
• Nasoslara və təzyiqə nəzarət etmək;
• Göllərdən aşındırmaya gedən məhlula mütəmadi nəzarət etmək;
• Aktiv kömürün ötürülməsini təmin etmək;
• Turşu çənini dəyişmək, turşu məhlulu hazırlamaq;
• Kömür, kaustik soda və sianid məhlulu hazırlamaq;
• Çənlərin altına axan aktiv kömürü təmizləmək;
• Regenerasiya prosesini, presdən çıxan kömür qırıntılarını təmizləmək, presi yumaq;
• Kömür çənlərinin filterlərinə nəzarət etmək;
• Çənlərdən kömürü yuyulma çəninə ötürmək;
• Desorbsiya prosesinə nəzarət etmək;
• Soyutma sisteminə və kanal nasoslarına nəzarət etmək;
• Zavoda gələn məhlulun giriş və çıxışından nümunə götürülməsi prosesində iştirak etmək;
• Ələklərə nəzarət və bufer çənlərinin ələklərini təmizləmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Əməkdaşlıq, məsuliyyətlilik və çeviklilik.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Tam orta təhsil:
• İş təcrübəsi tələbi yoxdur.

İş qrafiki:
• Növbəli iş rejimi
Digər vakansiyalar