Generator sahəsi üzrə rəis / Təmir - tikinti və energetika şöbəsi / Çovdar Filiz Emalı Sahəsinin elektro-mexanika bölməsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
22.07.2021
Yenilənmə tarixi:
18.08.2021
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər:
• Generator sahəsi üzrə iş bölgüsü aparmaq və ona rəhbərlik etmək; • Xüsusilə generator və idarəetmə panellərinə qüsursuz xidmət göstərmək; • Generatorların mexaniki və elektrik hissələrinin təhlükəsiz istismarını təmin etmək • Ehtiyat hissələrinin və materialların, avadanlıqların tələbatına əsasən hasilat sahəsinin generator təsərrüfatını təmin etmək; • Generator hissələrinin carı və əsaslı təmir qrafikini tərtib edib onların yerinə yetirilməsini təmin etmək; • Hasilat sahəsinin elektrik enerjisinin fasiləsiz işini təmin etmək, generator təsərrüfatının təmirinin vaxtlı-vaxtında yerinə yetirilməsini və enerji daşıyıcılarının bütün növləri üzrə stabil təmin edilməsini həyata keçirmək; • Generator sahəsinin enerji qurğularının və enerji avadanlıqlarının əsaslı təmirini təmin etmək; • Servis işlərinə diqqət yetirmək və iştirak etmək; • Aidiyyəti üzrə əməliyyat prosesinə nəzarət etmək; • Avadanlıq və ona bağlanmış aqreqat sxemlərinə, texnoloji prosesin avtomatik tənzimlənməsinə nəzarət etmək; • Yarımstansiyanın elektrik avadanlığının, texnoloji maşınların, avtomatika və telemexanika cihazlarının mürəkkəb sxem və qurğularının yoxlanılması və qüsurların aradan qaldırılmasını təmin etmək; • Vaxtaşırı rəhbərlik üçün tapşırıqların icrasının gedişi haqqında informasiya hazırlanmasını təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Müvafiq qanunvericilik aktları və normalarını; • Maşın və generator qurğularının iş prinsiplərini; • Sahənin qüvvədə olan standart və texniki şərtlərini; • Texniki istismar qaydalarını (TİQ), Təhlükəsizlik texnikası qaydalarını(TTQ), Yanğın təhlükəsizlik qaydalarını(YTQ); • Müxtəlif elektrik maşınları, aparatlar, ölçü, avtomatik tənzimləmə telemexanika cihazlarının qurulmasını və elektrik sxemlərini; • Generator avadanlıqları və bu tip avadanlıqlardan anlayışı və təcrübədən keçməsi metodlarını bilməli;
Tələb olunan təhsil və iş təcrübəsi: • Müvafiq sahə üzrə peşə və ya ali təhsil. • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur.