Gözətçi / Təhlükəsizlik şöbəsi / Göydağ sahəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:
• Cəmiyyətin ərazisinə daxil olan qonaqların, kənar şəxslərin və bütün növ texnikanın müəyyən edilmiş qaydalara uyğun qeydiyyatını, yoxlanılmasını həyata keçirtmək və əraziyə buraxılmasına, ərazilərdə davranışına və tərk etməsinə nəzarət etmək;
• Təhlükəsizlik şöbəsinin fəaliyyəti ərazisinə daxil olan sahələrdə xidmətin düzgün və dəqiq təşkil olunmasını yoxlamaq;
• Şöbənin fəaliyyət istiqamələrinə uyğun olaraq qanunvericiliklə və cəmiyyətdaxili prosedur, təlimat və qaydalarla işlərin icrasını həyata keçirmək;
• Təhlükəsizlik şöbəsinin fəaliyyəti ərazisinə daxil olan ərazilərdə fiziki və hüquqi şəxslərin mülkiyyətini, eləcə də fiziki şəxslərin həyat və sağlamlığını hüquqa zidd qəsdlərdən qorumaq;
• Struktur bölməyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarında və digər bu kimi sənədlərdə nəzərdə tutulmuş tədbirlərin icra edilməsinə iştirak etmək;
• Cəmiyyətin ərazisinə daxil olan nəqliyyat vasitələrinin blankda daxil olma və getmə vaxtını, yükün növünü, sahə daxilindəki hərəkət növünü müşahidə edərək qeyd edilmələrini təmin etmək;
• Təhlükəsizlik şöbəsinin fəaliyyəti ərazisinə daxil olan sahələrdə gündəlik patrul olunması, ərazinin mütəmadi olaraq yoxlanılması, habelə daşınma yollarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə nəzarətin həyata keçirilməsi;
• Cəmiyyətin ərazisinə daxil olan qonaqların təyin olunmuş marşrutla hərəkət etmələrinə nəzarət etmək;
• Növbəni təhvil alan əməkdaş gələnədək xidmət yerini tərk etməmək;
• Təhlükəsizlik şöbəsinə aid olan blank, kitab və jurnalların vaxtında və dəqiq doldurulmasını həyata keçirmək;
• İş rejimini tənzimləyən daxili nizam-intizam qaydaları ilə müəyyən olunmuş vaxtda növbə çəkməyə başlayarkən həmin qaydalara ciddi riayət etmək;
• Şöbənin istifadəsində olan inventarların duzgün qaydada saxlanmasına, istifadə edilməsini həyata keçirmək;
• Şöbə tərəfindən mühafizə fəaliyyətinin həyata keçirildiyi yerlərdə müəyyən olunmuş postların yoxlanılmasını həyata keçirmək
• Şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq hər hansı neqativ hal baş verdiyi halda ən qısa müddətdə Təhlükəsizlik şöbəsinin müdir müavinini məlumatlandırmaq;
• Video müşahidə kameraları vasitəsilə təhlükəsizliyin təmin olunması işlərini həyata keçirmək;
• Giriş-çıxış sisteminə nəzarət etmək;
• Sahəyə kənar şəxslərin girişinin qarşısının alınması üçün tədbirlərin görülməsini təşkil etmək.

Qeyd: Naxçıvan Muxtar Respublikasında yaşayan namizədlərə üstünlük veriləcəkdir.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan dili (səlis)
• Müvafiq sahə üzrə sertifikatlar arzuolunandır;
• Çevik, dürüst, nizam-intizamlı, məsuliyyətli, problem həlletmə bacarıqları
• Boy kriteriyası minimal olaraq 175 sm-dir;

Tələb olunan təhsil və iş təcrübəsi:

• Tam orta təhsil ;
• Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.

İş qrafiki:

• Növbəli rejim.

Əmək haqqı və əlavə imtiyazlar:

• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar