Vakansiyaya dair tələblər: • Cəmiyyətin struktur bölmələrində keyfiyyətin idarəedilməsi sistemi və təminat sahəsində görülən işlərin koordinasiyası və təşkilini etmək; • Keyfiyyət İdarəetmə Sisteminin (ISO 9001:2015) tələbləri və prinsiplərinin icrasının təşkil etmək; • Öhdəlikləri və səlahiyyətləri çərçivəsində (öz sahasinə aid) idarəetmə sistemlərinin tələbləri istiqamətində lazımi Qaydaların, Təlimatların, Prosseslərin, Prosedurların və digər normativ sənədlərin tərtibatında, işləkliyinin təmin edilməsi və təkmilləşdirilməsi, müvafiq dəyişkliklərin olunmasında iştirak etmək; • Keyfiyyətin idarəedilməsi sistemlərinin tələb olunan bütün proseslərinin yaradılması və onları işə salınması, təkmilləşdirilməsində iştirak etmək; • Cəmiyyətin Keyfiyyət Siyasətinin struktur bölmələrində mənimsənilməsi və tətbiq olunması işinin təşkili; • Cəmiyyətin struktur bölmələrinin illik hədəflərinin izlənilməsi, hesabatının tərtibi və təqdim edilməsi; • İdarəetmə sistemləri tələblərinə uyğun daxili auditlərin keçirilməsində iştirak etmək; • Keyfiyyətin idarəedilməsi sistemlərinin monitorinqi və təhlilinin edilməsi üçün məlumatların toplanılmasını, bu məlumatlar əsasında sistemin təhlil edilməsini, rəhbərliyə Keyfiyyətin İdarəedilməsi Sistemlərinin funksionallığı və zəruri olan yaxşılaşdırma tədbirlərinin görülməsi haqqında hesabat təqdim etmək; • İllik cədvəllərə uyğun yoxlamaların keçirilməsi vasitəsi ilə aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin səmərəliliyini qiymətləndirmək və onlara nəzarət etmək; • Cəmiyyətin təşkilatı strukturunun, struktur bölmələrində keyfiyyətin idarəedilməsi sistemi üzrə sənədlərin və prosedurların, o cümlədən, hazırlanan təlimatların monitorinqini və razılaşdırlmasını təmin etmək; • Uyğunsuzluqların və tənzimləyici tədbirlərin idarə olunması üzrə aidiyyatı hesabatları hazırlamaq və sektor müdirinə təqdim etmək; • Nəzərdə tutulan vəzifə və funksiyaları, eləcə də rəhbərliyin birbaşa verdiyi qanunvericilik aktlarına uyğun göstəriş və tapşırıqları vaxtında və tam icra etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: • Azərbaycan dili səlis, ingilis və rus dilləri orta səviyyədə olması arzuolunandır; • Microsoft Office proqramları üzrə işləmə bacarığı; • Azərbaycan Respublikasında keyfiyyət infrastrukturuna tələblər müəyyənləşdirən normativ hüquqi aktlar; • Mədən sənayesində keyfiyyətə nəzarət proseslərinə ümumi tələblər üzrə biliklər; • Beynəlxalq standartların Azərbaycan Respublikasında tətbiqi qaydalarını bilmək; • Keyfiyyət idarəetmə sistemləri (İSO 9001, İSO 14001, İSO 45001, İSO 17025) və keyfiyyətə nəzarət standartları üzrə işləmə təcrübəsi; • Komanda daxilində və digər şöbələrlə səmərəli əməkdaşlıq etmək; • Məlumatları təhlil edərək düzgün nəticə çıxarmaq və qarşı tərəfə dəqiq izah etmək; • Problemləri tez aşkar edib optimal həll yolları təklif etmək; • Dəyişikliklərə açıq olmaq və yeni yanaşmaları qəbul etmək; • Yeni texnologiya və metodları öyrənməyə maraqlı olmaq.
Tələb olunan təhsil və iş təcrübəsi: • İdarəetmə, standartlaşdırma, metrologiya və ya əlaqəli sahələr üzrə Ali təhsil; • Keyfiyyətə təminat sahəsi üzrə 5 il iş təcrübəsi.
İş qrafiki: • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar: • Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.