Əsas vəzifə və öhdəliklər: Kimyəvi maddələri prosesə uyğun hazırlamaq; Nasoslara və təzyiqə nəzarət etmək; Göllərdən aşındırmaya gedən məhlula mütəmadi nəzarət etmək; Aktiv kömürün ötürülməsini təmin etmək; Turşu çənini dəyişmək, turşu məhlulu hazırlamaq; Kömür, kaustik soda və sianid məhlulu hazırlamaq; Çənlərin altına axan aktiv kömürü təmizləmək; Regenrasiya prosesini, presdən çıxan kömür qırıntılarını təmizləmək, presi yumaq; Kömür çənlərinin filterlərinə nəzarət etmək; Çənlərdən kömürü yuyulma çəninə ötürmək; Elektrolizə nəzarət və elektroliz zamanı filtirləri təmizləmək; Elektroliz bunkerində təzyiqə nəzarət etmək; Elektroliz bunkerinin daxildə olan filtirə nəzarət etmək; Elektroliz bitdikdən sonra kömürü və məhlulu neytrallaşdırma işləri görmək və neytrallaşdırma prosesinə nəzarət etmək; Soyutma sisteminə və kanal nasoslarına nəzarət etmək; Zavoda gələn məhlulun giriş və çıxışından nümunə götürülməsi prosesində iştirak etmək; Ələklərə nəzarət və bufer çənlərinin ələklərini təmizləmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: Müvafiq qanunvericilik aktları və normalarını; Hasilat norma və qaydalarını; Sahənin qüvvədə olan standart və texniki şərtlərini; Texniki istismar qaydalarını (TİQ), Təhlükəsizlik texnikası qaydalarını(TTQ), Yanğın təhlükəsizlik qaydalarını(YTQ);
Tələb olunan təhsil və iş təcrübəsi: Kimya mühəndisi ixtisası üzrə ali təhsil: Kimyəvi laborotoriya sahəsi üzrə iş təcrübəsi olan namizədlər arzuolunandır.