Laboratoriyaya nəzarət üzrə mütəxəssis / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi / Çovdar inteqrəolunmuş regional emal sahəsinin Keyfiyyətə nəzarət və laboratoriya bölməsi
Əsas vəzifə öhdəlikləri: • Podratçı xidmət göstərdiyi laboratoriyanın müvafiq beynəlxalq və yerli standartlara (ISO 17025, İSO 9001, İSO 14001, İSO 45001 və s.) uyğun işləməsinə nəzarət etmək; • Laboratoriyada istifadə olunan analiz metodlarının doğruluğunu və etibarlılığını yoxlamaq. • Sınaq və analizlərin müvafiq prosedurlara uyğun aparıldığını təsdiq etmək. • Laborator sınaqlarda avadanlığın kalibrləmə və keyfiyyət nəzarəti ilə bağlı sənədləşməsini yoxlamaq. • Laboratoriyada aparılan sınaq və analiz proseslərini yoxlamaq; • Laboratoriyada aparılan kimyəvi, fiziki və mineroloji nalaizlərin spesifikasiyalara uyğun olmasına nəzarət etmək; • Analizlərdə kənara çıxmalar olduqda podratçı ilə birgə araşdırmalar aparmaq və düzəldici tədbirlərin görülməsini təmin etmək. • Müxtəlif analitik metodlardan istifadə edərək proseslə uyğunluğunu yoxlamaq; • Daxili sənədlərin hazırlanmasında iştirak etmək; • Laboratoriyada istifadə edilən cihazların vaxtlı-vaxtında texniki baxış edilməsinə nəzarət etmək; • Podratçının istifadə etdiyi ölçmə cihazlarının kalibrlənməsini və düzgün işləməsini yoxlamaq; • Laboratoriya işləri ilə bağlı audit sənədlərinin və hesabatlarının hazırlanması. • Laboratoriya fəaliyyətinə dair zəruri hesabatlarının tərtib edilməsi. • Beynəlxalq və yerli standartların tələblərin tətbiqindəki uyğunsuzluqlar barədə rəhbərliyə hesabat • Nümunələrin düzgün götürülməsinə, qeydiyyatı və izlənməsini yoxlamaq; • Laboratoriyaya daxil olan nümunə saylarına, aparılan sınaq və analizlərin saylarına, növlərinə və tipinə nəzarət etmək, statistik məlumatlar toplamaq və hesabat hazırlamaq; • Laboratoriya sınaq və analiz nəticələrinin statistikasını aparmaq və prosesin inkişafı üçün tövsiyələr vermək.
Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, İngilis və Rus dilini orta səviyyədə bilməli; • MS Office proqramlarından orta səviyyədə işləmə bacarığı;
Tələb olunan təhsil və iş təcrübəsi:
• Ali təhsil( Kimya mühəndisliyi, analitik kimya, geokimya, dağ-mədən mühəndisliyi, laboratoriya elmləri və ya əlaqəli sahələr üzrə bakalavr və ya magistr dərəcəsi; • Mədən və ya laboratoriya sahəsi üzrə minimum 3 il iş təcrübəsi.
İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün. Nahar vaxtı 13:00-dan 14:00-dəkdir
Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir. • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır. • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir. • Nəqliyyat xidməti. • Rəqabətli mükafatlandırma sistemi.