Metallurq / Geoloji kəşfiyyat şöbəsi / Dəmir Filiz layihəsi
Vakansiya aktiv deyil
İş yeri:
Daşkəsən rayonu
İş növü:
tam ştat
Vakansiya sayı:
1
Son müraciət tarixi:
13.11.2020
Yenilənmə tarixi:
23.10.2020
Vakansiyaya dair tələblər
Əsas vəzifə və öhdəliklər: Nəcib, əlvan və qara metal filizləri sahələrində dağ-mədən sənayesi üzrə zənginləşdirmə və hidrometallurji tədqiqatlar üzrə inovativ metodların sistemləşdiriməsi; Onların Azərbaycan Respublikasında mövcud filiz yataqlarında tədbiqi haqda mülahizələrin hazırlanması; Metallurji testlər üçün hazırlanmış kompozitlərin reprezentativliyi haqda rəylərin verilməsi; Sənaye miqyasında tədbiq edilən metodların aparılmasına nəzarətin həyata keçirilməsi; Gündəlik metallurgiya (metallurji balans) hesabatını hazırlamaq; Gündəlik məhlul nümunəsini götürmək, məhlulda pH, sianid və qızıl-gümüş tərkibinin nəticələrini yoxlamaq və müqayisələndirmək; Bütün nümunələrin gündəlik toplanmasını təmin etmək; Götürülən nümunələrin və nümunə götürülmə üsullarının düzgün olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək; Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasını təmin etmək; Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək; Hasilat prosesi barədə rəhbərliyə günlük, həftəlik və aylıq hesabatların verilməsini təmin etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr: Metallurji prosesslərdə metal balansının təyin edilməsi biliklərinə malik olmalı; Kimyəvi analizlərin aparılması metodları haqda dərin biliklərə malik olmalı; Zənginləşdirmə və hidrometallurji metod və üsulların aparılması üzrə təcrübəyə malik olmalı; Komanda ruhu, təşkilatçılıq, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi; İstehsalat sahələrinin beynəlxalq standartların tələblərinə uyğun idarəolunması qaydalarını bilməli;. Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli.
Tələb olunan təhsil və iş təcrübəsi: Ali təhsil (müvafiq sahə üzrə); Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.