Metroloq / Biznes proseslərin keyfiyyətinin idarəedilməsi şöbəsi

Vakansiyaya dair tələblər

Vakansiyaya dair tələblər:

• Ölçmə və sınaq avadanlıqlarının metroloji nəzarətini həyata keçirmək;
• Avadanlıqların düzgün işləməsi üçün kalibrləmə və yoxlamaların təşkilini aparmaq;
• Standartlara uyğun olmayan ölçmə vasitələrinin istifadəsinin qarşısını almaq;
• Müəssisədə istifadə olunan ölçmə cihazlarının dövlət və beynəlxalq metroloji standartlara uyğun olmasını təmin etmək;
• Metroloji nəzarətə dair sənədlərin hazırlanması və saxlanmasını təmin etmək;
• Kalibrləmə və yoxlama prosedurlarını tərtib etmək və yeniləmək;
• Metroloji hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək;
• ISO 17025, ISO 9001 və digər beynəlxalq keyfiyyət standartlarına uyğun metroloji nəzarətin təşkili;
• Yeni metroloji metodların və beynəlxalq tələblərə uyğun avadanlıqların tətbiqinə nəzarət;
• Müəssisənin metroloji siyasətinin inkişaf etdirilməsində iştirak etmək;
• Ölçmə vasitələrinin texniki nasazlıqlarının qarşısını almaq və lazımi tədbirləri görmək;
• Metroloji nəzarətlə bağlı risklərin qiymətləndirilməsini aparmaq;
• Metroloji xidmət sahəsində təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək;
• Metroloji avadanlıqların modernləşdirilməsi ilə bağlı təkliflər vermək;
• Yeni ölçmə texnologiyalarını araşdırmaq və tətbiq imkanlarını qiymətləndirmək;
• Laboratoriya və istehsalatda istifadə olunan ölçmə cihazlarının innovativ həllərlə inkişafına töhfə vermək.

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Azərbaycan dili səlis, ingilis və rus dilləri orta səviyyədə olması arzuolunandır;
• “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, müvafiq sahədə NK-ın Qərar və Sərəncamları;
• Ölçmə vasitələrinin dövlət yoxlaması və kalibrlənmə proseslərinə tələblər üzrə biliklər;
• Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya olunmuş orqanlar və onlara tələblər üzrə biliklər
• Texniki reqlamentlər və istinad olunmuş standartlar üzrə biliklər;
• Sertifikatlaşdırma sxemləri üzrə biliklər;
• Metroloji standartlar bilmək; (ISO 17025, ISO 9001, GOST və s.);
• Kalibrləmə və ölçmə metodlarını bilmək;
• Ölçmə cihazlarının iş prinsipləri və diaqnostikası üzrə bilik;
• Beynəlxalq standartların Azərbaycan Respublikasında tətbiqi qaydalarını bilmək;
• Uyğunsuzluqların və tənzimləyici tədbirlərin idarə olunması üzrə aidiyyatı hesabatları hazırlamaq və rəhbərinə təqdim etmək;

Tələb olunan təhsil və iş təcrübəsi:
• Metroloji mühəndislik, Fizika, Mexanika, Elektronika, Kimya mühəndisliyi və ya əlaqəli sahələr üzrə Ali texiniki təhsil;
• Metroloji sahədə ən azı 3 il iş təcrübəsi. (Ölçmə cihazları, kalibrləmə və laboratoriya sınaqları ilə bağlı iş təcrübəsi)

İş qrafiki:
• Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:
• Əmək haqqı daxili prosedura və dərəcələndirməyə əsasən müəyyən edilir.
• Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
• Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
• Nəqliyyat xidməti.
• Rəqabətli mükafatlandırma sistemi.
Digər vakansiyalar