Tələb olunan bilik, bacarıq və səriştələr: Risk əsaslı illik audit planının, büdcənin və daxili audit strategiyasının hazırlanmasında iştirak; Risk əsaslı illik plana uyğun olaraq audit yoxlamasının məqsədlərinin, həcminin və iş proqramının hazırlanması; Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsinə nəzarət və lazım olduqda iştirak etməsi; Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi; Tövsiyələrin işlənib hazırlanması və nəticələrin biznes proseslərin iştirakçıları ilə razılaşdırılması; Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi; Daxili audit xidmətinin təşkili və həyata keçirilməsi məsələləri ilə bağlı departamentin normativ və digər aktlarının işlənib hazırlanması; Yerinə yetirilmiş işlər barədə illik fəaliyyət hesabatının hazırlanması; Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi və təkliflərin hazırlanması; Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi; Xidmətin müdiri olmadıqda onun səlahiyyətlərini icra etmək. Təşkilati bacarıqları və idarəetmə qabiliyyəti, problem həlletmə və müstəqil qərar vermə bacarıqları olmalı; Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlara malik olmalı; Normativ qaydaların yazılması üzrə bilik və bacarıq, kommunikasiya bacarıqları, hesabatlılıq və təqdimetmə bacarıqları müşahidə aparmaq və faktları müəyyən etmək , analitik, məntiqi və kritik düşünmə qabiliyyətinə malik olmalıdır. IFRS, IIA standartlarının tətbiqi üzrə bilik və bacarıqlar. (Müvafiq sertifikatlar üstünlükdür). MS Office proqramlarında səlis işləmək qabiliyyəti (İT sistemləri üzrə biliklər üstünlükdür).
Tələb olunan təhsil və iş təcrübəsi: Maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat, hüquq, texniki və ya təbiət elmləri üzrə ali təhsil; Daxili/xarici audit sahəsində ən azı 5 il iş təcrübəsi; Qeyri-maliyyə kommersiya şirkətlərində ən azı 3 il iş təcrübəsi; Ən azı 1 il idarəetmə təcrübəsi.