müdir müavini / Strateji planlaşdırma və biznesin inkişafı şöbəsi

Vakansiya aktiv deyil

Vakansiyaya dair tələblər

Əsas vəzifə və öhdəliklər:
• Şöbənin fəaliyyətini təşkil etməkdə iştirak etmək və şöbənin fəaliyyətinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
• Yeni biznes imkanlarının dəyərləndirilməsi və qərar prosesində rəhbərliyə dəstək vermək;
• Cəmiyyətin qısa, orta və uzunmüddətli strategiyasının hazırlanmasını təşkil etmək;
• Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş İş planları və digər bu kimi sənədlərin hazırlanmasında iştirak etmək, habelə İş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsini təmin etmək;
• Yataqların istismarı istiqamətində dünya praktikası və mövcud vəziyyəti nəzərə alaraq alternativ biznes modelləri dəyərləndirilmək və müvafiq təkliflər vermək;
• Dünyada mədən sənayesində baş verən yeniliklər və inkişaf istiqamətlərini mütəmadi izlənmək və bu yeniliklərin Cəmiyyətdə tətbiqinə dair təkliflər hazırlamaq;
• Yeni investisiya layihələri üzrə iqtisadi təhlillər aparmaq;
• Şöbənin vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Cəmiyyətin digər strukturlarından zəruri məlumat və sənədləri sorğulamaq;
• Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və intizam tənbehi tədbirlərin görülməsi üçün şöbə müdirinə təkliflər vermək;
• Cəmiyyətin Strateji planının hazırlanmasınında birbaşa iştirak etmək;
• Beynəlxalq təşkilatlarla, xarici şirkət və partnyorlarla işgüzar əlaqələr yaratmaq və inkişaf etdirmək;
• Dünyada qiymətli və əlvan metallar üzrə bazar məlumatlarını və qiymət trendlərini təhlil etmək;
• Qiymətli və əlvan metalların satışı ilə bağlı Cəmiyyətin illik satış planının hazırlanmasında iştirak etmək;
• Şirkətə məxsus olan bütün məhsulların satışında iştirak etmək, satışla bağlı zəruri işləri həyata keçirmək;

Tələb olunan bilik, bacarıq və səriştələr:
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə və riyazi biliklər.
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (yaxşı), Microsoft Office proqramlarını mükəmməl bilmək.

Tələb olunan təhsil və iş təcrübəsi:
• Müvafiq sahə üzrə ali təhsil.
• Müvafiq sahə üzrə minimum 4 il iş təcrübəsinin və idarəetmə sahəsi üzrə minimum 2 il iş təcrübəsinin olması tələb olunur.

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.